Vəzifə öhdəlikləri:
- Rəhbərin iş qrafikinin təşkili: görüşlərin planlaşdırılması, təqvimin idarə olunması, tapşırıqların icrasına nəzarət.
- Görüşlərdə iştirak etmək, qeydlər aparmaq, protokollar hazırlamaq və tapşırıqların icrasına nəzarət etmək.
- Daxili komandalar, şirkət şöbələri, xarici tərəfdaşlar və podratçılarla qarşılıqlı əlaqənin idarə olunması.
- İşgüzar və şəxsi səfərlərin təşkili, o cümlədən biletlərin, otellərin bronlaşdırılması, viza sənədlərinin hazırlanması.
- Rəhbərin şəxsi maliyyəsinin idarə olunması: hesabların idarə olunması, ödənişlərin edilməsi, bank əməliyyatlarının aparılması.
- İşgüzar və şəxsi işlərin təşkili: tədbirlərin, restoranların, biletlərin və rezervasiyaların sifariş edilməsi.
- Şəxsi heyətin idarə olunması: işçilərin işə qəbulu, işin təşkili, vəzifələrin bölüşdürülməsi və əmək haqqının təşkili.
Tələblər:
- Şəxsi köməkçi, ofis-menecer və ya administrator kimi minimum 3 il iş təcrübəsi.
- Google alətləri (Docs, Sheets, Slides, Calendar) üzrə mükəmməl bilik.
- Tapşırıqların və layihələrin idarə olunması sistemlərində (Trello, Asana, Notion və s.) işləmə bacarığı.
- Sənədlərin hazırlanması və yazışmaların aparılması üçün süni intellekt (AI) alətləri ilə işləmə təcrübəsi.
- Yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyət və stresə davamlılıq.
- Maliyyə sənədləri ilə işləmək, xərcləri idarə etmək və bank əməliyyatlarını yerinə yetirmək bacarığı.
- İş saatlarından kənar vaxtlarda ehtiyac yarandıqda onlayn mövcud olmaq.
- Məxfi məlumatlarla işləmək bacarığı və yüksək səviyyədə etibarlılıq.
İş şərtləri:
- İş qrafiki: 5 gün, saat 10:00-19:00
- Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul.
- Müsahibə əsasında müəyyən edilən rəqabətli əmək haqqı.
- Peşəkar inkişaf və yüksəliş imkanı.
Əgər siz təşkilatçılıq bacarığı yüksək, məsuliyyətli və diqqətli birisinizsə və geniş vəzifələr dairəsini idarə etməyə hazırsınızsa, "Direktor köməkçisi" başlığı ilə CV-nizi elektron poçt ünvanına göndərin