C Company
  • 594

Company

Digər

Direktor köməkçisi (Personal Assistant)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Direktor köməkçisi (Personal Assistant)

  • Deadline 14 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biz müxtəlif sahələrdə fəaliyyət göstərən sürətlə inkişaf edən şirkətlər qrupuyuq. Fəaliyyətimizin genişlənməsi ilə əlaqədar olaraq rəhbərə iş və şəxsi məsələlərdə dəstək göstərəcək peşəkar şəxsi köməkçi axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Rəhbərin iş qrafikinin təşkili: görüşlərin planlaşdırılması, təqvimin idarə olunması, tapşırıqların icrasına nəzarət.
  • Görüşlərdə iştirak etmək, qeydlər aparmaq, protokollar hazırlamaq və tapşırıqların icrasına nəzarət etmək.
  • Daxili komandalar, şirkət şöbələri, xarici tərəfdaşlar və podratçılarla qarşılıqlı əlaqənin idarə olunması.
  • İşgüzar və şəxsi səfərlərin təşkili, o cümlədən biletlərin, otellərin bronlaşdırılması, viza sənədlərinin hazırlanması.
  • Rəhbərin şəxsi maliyyəsinin idarə olunması: hesabların idarə olunması, ödənişlərin edilməsi, bank əməliyyatlarının aparılması.
  • İşgüzar və şəxsi işlərin təşkili: tədbirlərin, restoranların, biletlərin və rezervasiyaların sifariş edilməsi.
  • Şəxsi heyətin idarə olunması: işçilərin işə qəbulu, işin təşkili, vəzifələrin bölüşdürülməsi və əmək haqqının təşkili.

Tələblər:

  • Şəxsi köməkçi, ofis-menecer və ya administrator kimi minimum 3 il iş təcrübəsi.
  • Google alətləri (Docs, Sheets, Slides, Calendar) üzrə mükəmməl bilik.
  • Tapşırıqların və layihələrin idarə olunması sistemlərində (Trello, Asana, Notion və s.) işləmə bacarığı.
  • Sənədlərin hazırlanması və yazışmaların aparılması üçün süni intellekt (AI) alətləri ilə işləmə təcrübəsi.
  • Yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyət və stresə davamlılıq.
  • Maliyyə sənədləri ilə işləmək, xərcləri idarə etmək və bank əməliyyatlarını yerinə yetirmək bacarığı.
  • İş saatlarından kənar vaxtlarda ehtiyac yarandıqda onlayn mövcud olmaq.
  • Məxfi məlumatlarla işləmək bacarığı və yüksək səviyyədə etibarlılıq.

İş şərtləri:

  • İş qrafiki: 5 gün, saat 10:00-19:00 
  • Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul.
  • Müsahibə əsasında müəyyən edilən rəqabətli əmək haqqı.
  • Peşəkar inkişaf və yüksəliş imkanı.

Əgər siz təşkilatçılıq bacarığı yüksək, məsuliyyətli və diqqətli birisinizsə və geniş vəzifələr dairəsini idarə etməyə hazırsınızsa, "Direktor köməkçisi" başlığı ilə CV-nizi Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərin.

  • Daily0
  • Weekly294
  • Monthly1551