Əsas vəzifə öhdəlikləri:
- Elektrik sistemlərinin fasiləsiz işləməsini təmin etmək və nasazlıqları vaxtında aşkar edərək aradan qaldırmaq;
- Elektrik işlərinə aid gündəlik tapşırıqları icra etmək;
- Elektrik nasazlıqlarının səbəbini və yerini müəyyən etmək üçün sınaq avadanlıqlarından düzgün istifadə etmək;
- Profilaktik baxış və təmir işlərini müəyyən olunmuş keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirmək;
- Təchizat məsələləri və mövcud çatışmazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək və onları aradan qaldırmaq;
- Avadanlıqların vəziyyətini yoxlamaq, yaranmış problemləri dərhal rəhbərliyə bildirmək və tez bir zamanda həllini təmin etmək;
- İllik baxım planlarına uyğun olaraq müəssisənin ərazisində texniki təmir və baxım işlərini həyata keçirmək.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Elektrik, elektronika, isitmə-soyutma, santexnika və ya digər əlaqəli sahələr üzrə texniki və ya peşə təhsili;
- Elektrik və elektron idarəetmə avadanlıqlarının iş prinsipləri və istismar qaydaları haqqında biliklər;
- Tapşırıqları müstəqil və məsuliyyətli şəkildə yerinə yetirmək bacarığı;
- Uyğun texniki avadanlıq üzrə təcrübə;
- Komandada işləmək və öyrənməyə meyilli olmaq;
- İşdə dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.