C Company
  • 191

Company

Digər

Elektrik

  • Deadline 22 Avqust 2025

Əsas vəzifə öhdəlikləri:

  • Elektrik sistemlərinin fasiləsiz işləməsini təmin etmək və nasazlıqları vaxtında aşkar edərək aradan qaldırmaq;
  • Elektrik işlərinə aid gündəlik tapşırıqları icra etmək;
  • Elektrik nasazlıqlarının səbəbini və yerini müəyyən etmək üçün sınaq avadanlıqlarından düzgün istifadə etmək;
  • Profilaktik baxış və təmir işlərini müəyyən olunmuş keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirmək;
  • Təchizat məsələləri və mövcud çatışmazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək və onları aradan qaldırmaq;
  • Avadanlıqların vəziyyətini yoxlamaq, yaranmış problemləri dərhal rəhbərliyə bildirmək və tez bir zamanda həllini təmin etmək;
  • İllik baxım planlarına uyğun olaraq müəssisənin ərazisində texniki təmir və baxım işlərini həyata keçirmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Elektrik, elektronika, isitmə-soyutma, santexnika və ya digər əlaqəli sahələr üzrə texniki və ya peşə təhsili;
  • Elektrik və elektron idarəetmə avadanlıqlarının iş prinsipləri və istismar qaydaları haqqında biliklər;
  • Tapşırıqları müstəqil və məsuliyyətli şəkildə yerinə yetirmək bacarığı;
  • Uyğun texniki avadanlıq üzrə təcrübə;
  • Komandada işləmək və öyrənməyə meyilli olmaq;
  • İşdə dəqiqlik və detallara diqqət yetirmək qabiliyyəti.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily96
  • Weekly342
  • Monthly2080