Vəzifə öhdəlikləri:
- Faktiki iş qrafiklərinə əsasən aylıq əmək haqlarının, məzuniyyət, ezamiyyə, xəstəlik vərəqələri üzrə müavinətlərin və digər ödənişlərin vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
- Artıq iş saatları, gecə növbələri, bayram və istirahət günlərində görülən işlərə görə ödənişlərin düzgün hesablanması və rəsmiləşdirilməsi;
- Gəlir vergisi, məcburi dövlət sosial sığorta haqqı, işsizlik sığortası və icbari tibbi sığorta haqları üzrə tutulmaların aparılması;
- Vergi, sosial sığorta və digər məcburi ödənişlər üzrə dövri (aylıq/rüblük) hesabatların, o cümlədən Vahid bəyannamənin hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyət, ezamiyyə və digər ödənişlərin müvafiq elektron sistemlərdə və portallarda düzgün və vaxtında rəsmiləşdirilməsi;
- Xəstəlik vərəqələrinin, sosial və təhsil məzuniyyətlərinin, birdəfəlik ödənişlərin elektron qaydada işlənməsi;
- Rəhbərliyin əmrlərinə əsasən aylıq məzuniyyət, ezamiyyət, ixtisasartırma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və son haqq-hesab hesablamalarının aparılması, ödəniş cədvəllərinin hazırlanması və internet bank sisteminə yüklənməsi;
- İşçilərin əmək haqqı ilə bağlı sorğularının cavablandırılması, arayış və məlumatların hazırlanması
Tələblər:
- Ali Təhsil(Maliyyə, Vergi və ya Mühasibat uçotu sahəsində)
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;.
- Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi;
- MS Excel üzrə biliklər;
- Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;
- Komandada işləmə bacarığı
İş şəraiti:
- İş qrafiki – 5 günlük
- İş yeri – Bakı şəhəri
- İşə gəlib getmək üçün servis xidməti mövcuddur.
- Əmək haqqı müsahibəyə dəvət almış namizədlə qarşılıqlı razılıq əsasında müəyyən ediləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Əmək haqqı mühasibi” başlığı ilə göndərməyini xahiş edirik.