Əməliyyatlar üzrə baş menecer (Chief Operations Manager)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əməliyyatlar üzrə baş menecer (Chief Operations Manager)

  • Истекает 4 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İdman sahəsində fəaliyyət göstərən təşkilatlardan biri layihə əsaslı əməkdaşlıq üçün Əməliyyatlar üzrə baş meneceri axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır. 

Namizədə tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır);
  • Minimum 5 il idarəetmə və ya əməliyyatların idarə olunması sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür); 
  • Güclü liderlik və qərarvermə bacarığı;
  • Analitik düşünmə və strateji planlaşdırma bacarığı;
  • Yüksək səviyyədə təşkilatçılıq və koordinasiya bacarığı;
  • Vaxtın və resursların effektiv idarə olunması bacarığı;
  • Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;

Əsas vəzifə öhdəlikləri:

  • Təşkilatın gündəlik əməliyyat fəaliyyətinin koordinasiyasını və səmərəli təşkilini təmin etmək;
  • Struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və şöbələrarası əməkdaşlığı təşkil etmək;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş strateji məqsədlərin icrasını koordinasiya etmək və icra vəziyyətinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
  • Əməliyyat proseslərini təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyən etmək və optimallaşdırma üzrə təkliflər hazırlamaq;
  • Rəhbərlik üçün mütəmadi hesabatlar, təqdimatlar və analitik məlumatlar hazırlamaq;
  • Prioritet məsələləri müəyyənləşdirmək və onların operativ həllini təmin etmək;
  • İclasların təşkilini koordinasiya etmək, qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
  • Təşkilatın daxili idarəetmə proseslərinin effektivliyini artırmaq üçün təşəbbüslər irəli sürmək;
  • Zərurət yarandıqda CEO-nu görüşlərdə, tədbirlərdə və daxili əməliyyat məsələlərində təmsil etmək;
  • CEO olmadıqda gündəlik əməliyyat fəaliyyətinə rəhbərlik etmək və qərarların icrasını təmin etmək;
  • Rəhbərliklə struktur bölmələri arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək;
  • Xüsusi layihələrin idarə olunmasını və icrasını koordinasiya etmək;
  • Riskləri müəyyən etmək və onların minimuma endirilməsi üçün tədbirlər hazırlamaq.

Biz nə təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı;
  • Rəhbər vəzifədə inkişaf imkanı;
  • Strateji qərarların qəbulunda iştirak;
  • Dinamik və peşəkar iş mühiti;
  • Layihənin nəticələrindən və əməkdaşın performansından asılı olaraq daimi ştata keçid imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily5
  • Weekly332
  • Monthly2601