İdman sahəsində fəaliyyət göstərən təşkilatlardan biri layihə əsaslı əməkdaşlıq üçün Əməliyyatlar üzrə baş meneceri axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır.
Namizədə tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır);
- Minimum 5 il idarəetmə və ya əməliyyatların idarə olunması sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- Güclü liderlik və qərarvermə bacarığı;
- Analitik düşünmə və strateji planlaşdırma bacarığı;
- Yüksək səviyyədə təşkilatçılıq və koordinasiya bacarığı;
- Vaxtın və resursların effektiv idarə olunması bacarığı;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Əsas vəzifə öhdəlikləri:
- Təşkilatın gündəlik əməliyyat fəaliyyətinin koordinasiyasını və səmərəli təşkilini təmin etmək;
- Struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və şöbələrarası əməkdaşlığı təşkil etmək;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş strateji məqsədlərin icrasını koordinasiya etmək və icra vəziyyətinə nəzarət etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək;
- Əməliyyat proseslərini təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyən etmək və optimallaşdırma üzrə təkliflər hazırlamaq;
- Rəhbərlik üçün mütəmadi hesabatlar, təqdimatlar və analitik məlumatlar hazırlamaq;
- Prioritet məsələləri müəyyənləşdirmək və onların operativ həllini təmin etmək;
- İclasların təşkilini koordinasiya etmək, qəbul edilmiş qərarların icrasına nəzarət etmək;
- Təşkilatın daxili idarəetmə proseslərinin effektivliyini artırmaq üçün təşəbbüslər irəli sürmək;
- Zərurət yarandıqda CEO-nu görüşlərdə, tədbirlərdə və daxili əməliyyat məsələlərində təmsil etmək;
- CEO olmadıqda gündəlik əməliyyat fəaliyyətinə rəhbərlik etmək və qərarların icrasını təmin etmək;
- Rəhbərliklə struktur bölmələri arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək;
- Xüsusi layihələrin idarə olunmasını və icrasını koordinasiya etmək;
- Riskləri müəyyən etmək və onların minimuma endirilməsi üçün tədbirlər hazırlamaq.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Rəhbər vəzifədə inkişaf imkanı;
- Strateji qərarların qəbulunda iştirak;
- Dinamik və peşəkar iş mühiti;
- Layihənin nəticələrindən və əməkdaşın performansından asılı olaraq daimi ştata keçid imkanı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.