Vəzifə öhdəlikləri:
- Şirkətdə Əməyin mühafizəsi və Texniki Təhlükəsizliyin İdarəetmə sistemini inkişaf etdirmək və onun tətbiqini təmin etmək;
- Şirkətin bütün işçi heyətini təhlükəsizlik qaydaları ilə tanış etmək və qanuna uyğun olaraq onlara riayət edilməsini təmin etmək;
- Avadanlığın təyinatı üzrə düzgün istismar edilməsinə nəzarət etmək;
- Təhlükəsiz iş şəraiti yaratmaq və şirkətdaxili siyasət yeritmək;
- İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
- Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
- Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
- Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər görmək;
- İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət etmək;
- Zərərli maddələrin toplanmasını və saxlanılmasını təmin etmək;
- Səs-küylük araşdırmalarını, atmosfer müşahidələrini, hava dövriyyəsi araşdırmalarını və bunun kimi digər gigiyena proqramlarını tərtib etmək;
- İstehsalat zədələrinin və peşə xəstəliklərinin səbələrinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək ;
- Şirkətdə keyfiyyətə nəzarət sistemini, ətraf mühitin qorunması və əməyin, sağlamlığın mühafizəsi sistemini təmin və tətbiq etmək;
- Sahədə aparılan işləri İş icazəsinə əsasən tətbiq etmək və yoxladıqdan sonra imzalamaq.
- Ə.M. və T.T. və Keyfiyyətə nəzarət standartlarını bütün işçi heyətinə tədbiq etmək;
- İşçilər ilə mütamadi təhlükəsizlik mövzularında tədrislərin təşkili, İş icazəsi, Risklərin qiymətləndirilməsi kimi təlimləri keçirmək;
- Gündəlik fərdi mühafizə vasitələrinin yoxlanılması;
- Baş vermiş hadisələrin araşdırılmasında, məlumatların toplanmasında və bu cür hadisələrin təkrarlanmaması istiqamətində mühim önləyici addımların atılması;
- İş şəraitinin, avadanlıqların və təcrübələrin təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək;
- Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək;
- Yeni işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək və bununla əlaqədar dərslikləri tərtib etmək;
- KPİ sisteminin hazırlanması və şirkətdaxili tədbiqi;
- Şirkətin siyasətinə uyğun olaraq Ə.M. və T.T. -ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəricilərinin və s. məlumatların toplanması;
- Şirkətdə Keyfiyyətin İdarə olunması proqramının tətbiq olunması və şirkətdaxili auditin keçirilməsi;
- Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ə.M. və T.T. və ya SƏTƏMM sahəsində menecer olaraq ən azı 3 il iş təcrübəsi;
- Təhsil- ali (Əməyin mühafizəsi üzrə ixtisasın olması arzu olunandır)
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Dil biliyi- Azərbaycan və İngilis dili yüksək, Rus dili isə orta səviyyədə;
- Şəxsi keyfiyyətlər-dəqiqlik, məsuliyyət və operativlik;
- Komandada işləmək bacarığı;
- Hərbi xidməti başa vurmuş namizədlərə üstünlük verilir.
Əmək haqqı və iş şərtləri:
- Əmək haqqı: 2200-2400 AZN (namizədin təcrübə, bilik və bacarıqlarından asılı olaraq);
- Ştat cədvəlinə uyğun rəsmi əmək müqaviləsi;
- İş qrafiki: 6 günlük iş həftəsi və qrafikə uyğun həftədə 1 gün istirahət;
- İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsinin şimal-şərqində, Sahil–Müşfiq avtomobil yolunun şərq hissəsində yerləşən zavod ərazisi;
- Nahar və Servis Şirkət tərəfindən təmin olunur.
İşə qəbul zamanı Qaradağ rayonu ərazisində yaşayan namizədlərə daha üstünlük verilir. Maraqlanan namizədlər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Menecer” yazaraq göndərə bilərlər.