C Company
  • 742

Company

Other

Ətraf mühit üzrə koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ətraf mühit üzrə koordinator

  • Deadline 16 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Müvafiq sahə üzrə təcrübə
  • Müvafiq sahə üzrə ali təhsil 
  • Dil biliyi – İngilis dili 
  • MS Office 

İş şəraiti:

  • İş rejimi – 6 günlük
  • İş yeri – Biləsuvar rayonu 
  • Nahar şirkət tərəfindən qarşılanır 
  • Əmək haqqı – razılaşma yolu ilə 

Vəzifə öhdəlikləri:

Ətraf mühitə uyğunluq və nəzarət

  • Layihə çərçivəsində bütün fəaliyyətlərin yerli qanunvericiliyə, beynəlxalq standartlara (ISO 14001 və s.) və şirkət siyasətinə uyğun həyata keçirilməsini təmin etmək.
  • Ətraf mühit üzrə tələblərə əməl olunmasına gündəlik nəzarət etmək və müntəzəm monitorinqlər aparmaq.
  • Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün düzəldici tədbirlər hazırlamaq.

Tullantıların idarə olunması

  • Tikinti və istehsalat prosesində yaranan bütün tullantıların düzgün çeşidlənməsi, saxlanması, daşınması və lisenziyalı podratçıya təhvil verilməsini təşkil etmək.
  • Təhlükəli tullantılarla (kimyəvi maddələr, yağlar, boya qalıqları və s.) işləmə qaydalarına ciddi riayət olunmasını təmin etmək.
  • Tullantıların idarə olunması üzrə aylıq və illik hesabatlar hazırlamaq.

Su, hava və torpaq mühafizəsi

  • Layihə ərazisində torpağın, suyun və havanın çirklənməsinin qarşısını almaq üçün nəzarət tədbirlərini həyata keçirmək.
  • Sızmaların, tozlanmanın, səs-küyün və digər çirkləndirici faktorların azaldılması ilə bağlı tədbirlər görmək.

Məlumatlandırma və hesabatlılıq

  • Ətraf mühit üzrə aylıq və rüblük hesabatları hazırlayıb layihə rəhbərliyinə və sifarişçiyə təqdim etmək.
  • Ətraf mühit üzrə insidentlərin (çirklənmə, qəza, sızma və s.) araşdırılmasını aparmaq və səbəbləri ilə bağlı təhlil təqdim etmək.
  • Dövlət qurumları və müvafiq orqanlarla zəruri hallarda əlaqə saxlamaq.

Maarifləndirmə və təlimlər

  • Layihə sahəsində çalışan işçilər üçün ətraf mühit mövzusunda təlimlər təşkil etmək.
  • İşçilərə tullantıların idarə olunması, qəza hallarında davranış qaydaları və ətraf mühitin qorunması barədə maarifləndirici təlimatlar vermək.

Fövqəladə hallara hazırlıq

  • Ətraf mühitlə bağlı qəza və insidentlərə qarşı fövqəladə tədbirlər planı hazırlamaq.
  • Sızma, yanğın və kimyəvi maddə qəzaları zamanı operativ tədbirlərin həyata keçirilməsini təmin etmək.

Davamlı inkişaf və yaxşılaşdırma

  • Layihə çərçivəsində ekoloji riskləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər təklif etmək.
  • Ətraf mühitin qorunması sahəsində innovativ və davamlı həll yollarının tətbiqinə dəstək olmaq.
  • Ekoloji monitorinq nəticələrini sənədləşdirmək və rəhbərliyə təqdim etmək.

Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına vakansiya adı qeyd olunmaqla göndərmələri xahiş olunur 

  • Daily128
  • Weekly227
  • Monthly1244