Tələblər:
- Müvafiq sahə üzrə təcrübə
- Müvafiq sahə üzrə ali təhsil
- Dil biliyi – İngilis dili
- MS Office
İş şəraiti:
- İş rejimi – 6 günlük
- İş yeri – Biləsuvar rayonu
- Nahar şirkət tərəfindən qarşılanır
- Əmək haqqı – razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
Ətraf mühitə uyğunluq və nəzarət
- Layihə çərçivəsində bütün fəaliyyətlərin yerli qanunvericiliyə, beynəlxalq standartlara (ISO 14001 və s.) və şirkət siyasətinə uyğun həyata keçirilməsini təmin etmək.
- Ətraf mühit üzrə tələblərə əməl olunmasına gündəlik nəzarət etmək və müntəzəm monitorinqlər aparmaq.
- Uyğunsuzluqları müəyyən etmək və onların aradan qaldırılması üçün düzəldici tədbirlər hazırlamaq.
Tullantıların idarə olunması
- Tikinti və istehsalat prosesində yaranan bütün tullantıların düzgün çeşidlənməsi, saxlanması, daşınması və lisenziyalı podratçıya təhvil verilməsini təşkil etmək.
- Təhlükəli tullantılarla (kimyəvi maddələr, yağlar, boya qalıqları və s.) işləmə qaydalarına ciddi riayət olunmasını təmin etmək.
- Tullantıların idarə olunması üzrə aylıq və illik hesabatlar hazırlamaq.
Su, hava və torpaq mühafizəsi
- Layihə ərazisində torpağın, suyun və havanın çirklənməsinin qarşısını almaq üçün nəzarət tədbirlərini həyata keçirmək.
- Sızmaların, tozlanmanın, səs-küyün və digər çirkləndirici faktorların azaldılması ilə bağlı tədbirlər görmək.
Məlumatlandırma və hesabatlılıq
- Ətraf mühit üzrə aylıq və rüblük hesabatları hazırlayıb layihə rəhbərliyinə və sifarişçiyə təqdim etmək.
- Ətraf mühit üzrə insidentlərin (çirklənmə, qəza, sızma və s.) araşdırılmasını aparmaq və səbəbləri ilə bağlı təhlil təqdim etmək.
- Dövlət qurumları və müvafiq orqanlarla zəruri hallarda əlaqə saxlamaq.
Maarifləndirmə və təlimlər
- Layihə sahəsində çalışan işçilər üçün ətraf mühit mövzusunda təlimlər təşkil etmək.
- İşçilərə tullantıların idarə olunması, qəza hallarında davranış qaydaları və ətraf mühitin qorunması barədə maarifləndirici təlimatlar vermək.
Fövqəladə hallara hazırlıq
- Ətraf mühitlə bağlı qəza və insidentlərə qarşı fövqəladə tədbirlər planı hazırlamaq.
- Sızma, yanğın və kimyəvi maddə qəzaları zamanı operativ tədbirlərin həyata keçirilməsini təmin etmək.
Davamlı inkişaf və yaxşılaşdırma
- Layihə çərçivəsində ekoloji riskləri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər təklif etmək.
- Ətraf mühitin qorunması sahəsində innovativ və davamlı həll yollarının tətbiqinə dəstək olmaq.
- Ekoloji monitorinq nəticələrini sənədləşdirmək və rəhbərliyə təqdim etmək.
Maraqlanan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına vakansiya adı qeyd olunmaqla göndərmələri xahiş olunur