Təsvir:
- İşə qəbul, vəzifə dəyişikliyi, əmək müqaviləsinə xitam verilməsi (işdən çıxarış) üzrə bütün sənədləşmə prosedurlarını tam və vaxtında aparmaq.
- "ƏMAS" (Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron Xidmətlər Sistemi) portalında müvafiq məlumatların dəqiqliyini və vaxtında işlənilməsini təmin etmək.
- Əmək haqqının hesablanması üçün zəruri olan iş vaxtı tabellərinin (tabel uçotu) dəqiqliklə hazırlanması, yoxlanılması və mühasibatlığa təqdim edilməsi.
- İşçilərin ezamiyyə və məzuniyyət prosedurlarının tam idarə olunması.
- İşçilərin illik məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi və məzuniyyətdən istifadə uçotunun aparılması.
- Şəxsi işlərin, əmrlərin və digər kadr sənədlərinin qanunvericiliyə uyğun tərtib edilməsi və saxlanılması
- Əmək Qanunvericiliyindəki dəyişiklikləri yaxından izləmək və şirkət daxili prosedurların və sənədləşmənin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək.
Tələblər:
- Ali təhsil (İnsan Resursları, Hüquq, İqtisadiyyat, və ya İdarəetmə sahəsində olması arzuolunandır).
- Əməliyyatlar/kadr uçotu üzrə minimum 3 illik iş təcrübəsi.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və müvafiq qanunvericiliyi mükəmməl bilmək (Əsas Şərt).
- ƏMAS sistemində sərbəst işləmə bacarığı.
- Məzuniyyət, ezamiyyə və əmək haqqı tabeli prosedurlarını praktikada sərbəst aparmaq.
- ERP proqramlarında iş təcrübəsi arzuolunandır.
- Yüksək dəqiqlik və detallara diqqət yetirmə.
- Sistemli və ardıcıl işləmə qabiliyyəti.
- MS Office proqramlarında (xüsusən Excel) yüksək səviyyədə işləmə bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük (Bazar ertəsi – Cümə)
- İş rejimi: 09:00 – 18:00
- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq
Vakansiya haqqında:
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.