C Company
  • 624

Company

Digər

HR Operation / Kargüzar

  • Deadline 5 Mart 2026

Təsvir:

  • İşə qəbul, vəzifə dəyişikliyi, əmək müqaviləsinə xitam verilməsi (işdən çıxarış) üzrə bütün sənədləşmə prosedurlarını tam və vaxtında aparmaq.
  • "ƏMAS" (Əmək Müqaviləsi Bildirişləri üzrə Elektron Xidmətlər Sistemi) portalında müvafiq məlumatların dəqiqliyini və vaxtında işlənilməsini təmin etmək.
  • Əmək haqqının hesablanması üçün zəruri olan iş vaxtı tabellərinin (tabel uçotu) dəqiqliklə hazırlanması, yoxlanılması və mühasibatlığa təqdim edilməsi.
  • İşçilərin ezamiyyə və məzuniyyət prosedurlarının tam idarə olunması.
  • İşçilərin illik məzuniyyət qrafiklərinin hazırlanması, məzuniyyət əmrlərinin rəsmiləşdirilməsi və məzuniyyətdən istifadə uçotunun aparılması.
  • Şəxsi işlərin, əmrlərin və digər kadr sənədlərinin qanunvericiliyə uyğun tərtib edilməsi və saxlanılması
  • Əmək Qanunvericiliyindəki dəyişiklikləri yaxından izləmək və şirkət daxili prosedurların və sənədləşmənin bu dəyişikliklərə uyğunlaşdırılmasını təmin etmək.

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, Hüquq, İqtisadiyyat, və ya İdarəetmə sahəsində olması arzuolunandır).
  • Əməliyyatlar/kadr uçotu üzrə minimum 3 illik iş təcrübəsi.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini və müvafiq qanunvericiliyi mükəmməl bilmək (Əsas Şərt).
  • ƏMAS sistemində sərbəst işləmə bacarığı.
  • Məzuniyyət, ezamiyyə və əmək haqqı tabeli prosedurlarını praktikada sərbəst aparmaq.
  • ERP proqramlarında iş təcrübəsi arzuolunandır.
  • Yüksək dəqiqlik və detallara diqqət yetirmə.
  • Sistemli və ardıcıl işləmə qabiliyyəti.
  • MS Office proqramlarında (xüsusən Excel) yüksək səviyyədə işləmə bacarığı.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük (Bazar ertəsi – Cümə)
  • İş rejimi: 09:00 – 18:00
  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq

Vakansiya haqqında:

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.

  • Daily0
  • Weekly533
  • Monthly540