HR üzrə mütəxəssis

  • Deadline 19 Noyabr 2026

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əməkhaqqını, avanslarını, mükafatlarını və digər ödənişlərini hesablamaq;
  • Əməkhaqqı üzrə vergiləri, sosial sığorta və digər məcburi tutulmaları hesablamaq;
  • Məzuniyyət, xəstəlik, son haqq-hesab və kompensasiya hesablamalarını aparmaq;
  • Davamiyyət və iş vaxtı tabellərini yoxlamaq, artıq iş və növbəli iş üzrə hesablamaları aparmaq;
  • Əməkhaqqı cədvəllərini və bank ödəniş siyahılarını hazırlamaq, mühasibatlıqla uzlaşdırmaq;
  • İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət və işdən azad olunma üzrə sənədləri hazırlamaq;
  • Əmək müqavilələri və dəyişikliklərlə bağlı ƏMAS üzərindən əməliyyatları icra etmək;
  • İşçilərin şəxsi işlərini, məzuniyyət qalıqlarını və kadr uçotunu aparmaq;
  • Əməkhaqqı və işçi sayı üzrə rəhbərliyə hesabatlar təqdim etmək;
  • İşçilərin əməkhaqqı və kadr məsələləri üzrə müraciətlərini cavablandırmaq;
  • Əməkhaqqı və şəxsi məlumatların məxfiliyini qorumaq.

Namizədə tələblər:

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat, insan resursları və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Payroll və kadr uçotu üzrə minimum 3 il iş təcrübəsi;
  • Əməkhaqqı hesablanmasını və kadr sənədləşməsini müstəqil aparmaq bacarığı;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi və əməkhaqqına aid vergi, sığorta qaydaları üzrə biliklər;
  • ƏMAS və elektron hesabat sistemləri ilə işləmək bacarığı;
  • Excel üzrə yaxşı biliklər;
  • Mikro və ya digər əməkhaqqı/kadr proqramı ilə iş təcrübəsi;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Dəqiqlik, məsuliyyət, nəticə yönümlülük.

Üstünlük veriləcək:

  • İstehsalat müəssisəsində və çoxsaylı işçi heyəti ilə iş təcrübəsi;
  • Növbəli iş rejimi və saatlıq əməkhaqqı hesablamaları üzrə təcrübə;
  • Əməkhaqqı fondu üzrə büdcə və xərc təhlili aparmaq bacarığı.

Əmək şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Əmək haqqı: bilik və təcrübəyə uyğun 1 500–2 000 (net) AZN əməkhaqqı;
  • Bazar ertəsi–cümə, saat 09:00–18:00. Şənbə və bazar istirahət günləridir.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily132
  • Weekly132
  • Monthly1556