HSE Menecer

  • Истекает 6 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri

  • Şirkətin baş ofisi, mağazaları, anbarları, servis və digər əməliyyat obyektlərində əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik üzrə zəruri sənədlərin hazırlanmasını, yenilənməsini və aidiyyəti dövlət qurumlarına təqdim edilməsini təşkil etmək;
  • Fövqəladə Hallar Nazirliyinə təqdim edilməli sənədlərin hazırlanmasına və aktuallığının təmin edilməsinə nəzarət etmək: icarə müqavilələri, yanğına görə məsul şəxslərin təyin edilməsi, yanğın siqnalizasiya aktları, elektrik izolyasiya protokolları, təxliyə planları, yanğınsöndürmə balonlarının texniki baxış aktları, daşınmaz əmlakın icbari sığorta sənədləri və digər müvafiq sənədlər;
  • Mövcud olmayan və ya yenilənməsinə ehtiyac olan obyektlər üçün təxliyə planlarının hazırlanmasını, yeni açılan mağazalarda isə təxliyə planlarının hazırlanmasını və təsdiq edilməsini təşkil etmək;
  • Yeni açılan mağaza, anbar, servis və digər obyektlərdə yanğın siqnalizasiya və mühafizə siqnalizasiya sistemlərinin quraşdırılması ilə bağlı işlərə nəzarət etmək;
  • Yanğınsöndürmə balonlarının dövri və illik texniki baxışdan keçirilməsinə, yararlılıq vəziyyətinə və müvafiq sənədlərin aparılmasına nəzarət etmək;
  • Obyektlərdə xəbərdaredici, qadağanedici, məcburedici və köməkedici təhlükəsizlik nişanlarının, məlumat lövhələrinin və digər təhlükəsizlik materiallarının düzgün yerlərdə yerləşdirilməsinə nəzarət etmək;
  • Şirkətin baş ofisi, mağazaları, anbarları, servisləri və digər obyektləri üçün ilkin tibbi yardım qutularının komplektləşdirilməsinə və vaxtında yenilənməsinə nəzarət etmək;
  • Əməkdaşlar üçün əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik istiqamətləri üzrə təlimatların, brifinqlərin və maarifləndirici tədbirlərin təşkilində iştirak etmək;
  • Təlimat proqramlarının, təlimat jurnallarının, əmrlərin, prosedurların və digər HSE sənədlərinin hazırlanmasını, tətbiqini və dövri olaraq yenilənməsini təmin etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik üzrə əmrlər, prosedurlar, təlimatlar və digər normativ sənədləri hazırlamaq və mütəmadi olaraq yeniləmək;
  • Şirkətin struktur bölmələri və digər hüquqi şəxslər üçün HSE üzrə təlimat proqramlarının, jurnalların və əmrlərin hazırlanmasını və aktuallığının təmin edilməsini təşkil etmək;
  • Mağaza, anbar, servis, baş ofis və digər obyektlərdə mütəmadi HSE yoxlamaları və monitorinqlər aparmaq;
  • Yoxlamalar zamanı aşkar edilmiş nöqsanların qeydiyyatını aparmaq, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinə nəzarət etmək və təkrar yoxlamalar həyata keçirmək;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək;
  • İş yerlərində mövcud HSE risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və risklərin azaldılması üzrə tədbirlərin görülməsində iştirak etmək;
  • Şirkətin obyektlərində dezinfeksiya işlərinin vaxtında və müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək, dezinfeksiya ilə bağlı müraciətləri araşdırmaq və müvafiq rəylər hazırlamaq;
  • İş qəzaları, bədbəxt hadisələr və digər insidentlər zamanı müvafiq prosedurlara uyğun olaraq hadisənin araşdırılmasında iştirak etmək, səbəblərin müəyyənləşdirilməsinə və təkrarlanmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin hazırlanmasına nəzarət etmək;
  • Fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və təxliyə prosedurlarının obyektlərdə tətbiqinə və tələblərə uyğunluğuna nəzarət etmək;
  • HSE üzrə aparılan işlər, aşkar edilmiş nöqsanlar, görülmüş tədbirlər və mövcud risklər barədə rəhbərliyə müvafiq hesabat və məlumatlar təqdim etmək;
  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər HSE tələbləri üzrə qüvvədə olan qanunvericilik və normativ tələblərin icrasına nəzarət etmək;
  • Yeni açılan və fəaliyyət göstərən obyektlərin HSE tələblərinə uyğunluğunun təmin edilməsində aidiyyəti struktur bölmələrlə koordinasiyalı işləmək.

Tələblər

  • HSE, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyi barədə bilik;
  • Risklərin qiymətləndirilməsi və idarə olunması üzrə praktiki təcrübə;
  • HSE auditləri, inspeksiyalar və insident araşdırmaları üzrə təcrübə;
  • Təhlükəsizlik prosedurlarının hazırlanması və tətbiqi üzrə bacarıqlar;
  • MS Office proqramlarında yaxşı istifadə bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür.

Üstünlük verilən təcrübə

  • Retail / pərakəndə satış sektorunda HSE təcrübəsi;
  • Çoxsaylı mağaza və ya filial şəbəkəsi ilə iş təcrübəsi;
  • Anbar və logistika proseslərində təhlükəsizlik üzrə təcrübə;
  • ISO 45001 və digər beynəlxalq HSE standartları üzrə bilik və ya sertifikasiya;
  • HSE üzrə peşəkar sertifikatların olması.

Şəxsi keyfiyyətlər

  • Yüksək məsuliyyət və təşkilatçılıq;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Güclü kommunikasiya bacarığı;
  • Detallara diqqət;
  • Proaktiv yanaşma;
  • Komanda ilə işləmək bacarığı;
  • Sahədə işləməyə və mütəmadi monitorinqlər aparmağa hazır olmaq.

Biz nə təklif edirik

  • Böyük və dinamik şirkətdə peşəkar inkişaf imkanı;
  • Stabil və uzunmüddətli karyera perspektivi;
  • Peşəkar komanda və müasir iş mühiti;
  • HSE proseslərinin inkişafında aktiv iştirak imkanı;
  • Rəqabətli əməkhaqqı və əlavə sosial üstünlüklər.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

E-mail-in mövzu hissəsində “HSE Manager” qeyd etməyiniz xahiş olunur.

  • Daily5
  • Weekly581
  • Monthly582