Əsas vəzifə öhdəlikləri:
- Təşkilatdaxili hüquqi sənədlərin, o cümlədən əmrlərin, təlimatların, qaydaların, məktubların, arayışların və digər rəsmi sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;
- müqavilələrin, sazişlərin, protokolların və əlavə razılaşmaların hazırlanması, hüquqi risklərinin qiymətləndirilməsi və razılaşdırılması;
- təşkilatdaxili komissiyaların, işçi qruplarının və audit / satınalma / inventarizasiya proseslərinin sənədləşdirilməsi;
- struktur bölmələrdən daxil olan sənədlərin hüquqi baxımdan təhlili və rəy verilməsi;
- təşkilatın tərəf olduğu mülki, kommersiya, inzibati və əmək mübahisələri üzrə məhkəmə işlərində nümayəndə qismində iştirak və maraqların müdafiəsi;
- dövlət orqanları, məhkəmələr və digər qurumlarla yazışmaların aparılması;
- ESD, ƏMAS və digər elektron platformalar üzərindən hüquqi sənədlərin hazırlanması və icrası;
- zərurət olduqda regional idarələr və rayonlar üzrə hüquqi məsələlərin yerində araşdırılması və sənədləşdirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Tələblər:
- Ali hüquq təhsili;
- hüquqşünas vəzifəsi üzrə müvafiq iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, əmək, inzibati və mülki prosesual qanunvericiliyini yaxşı bilməsi;
- MS Office proqramlarından (Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
- rəsmi yazışma və hüquqi sənəd hazırlama bacarığı;
- məhkəmə təcrübəsinin olması üstünlük hesab edilir;
- ezamiyyətlərdə iştirak etmək imkanı.
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Yaş: 25 – 45
- Dil bilikləri: Azərbaycan (İnglis dili, rus dili arzuolunandır)
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- İşin xüsusiyyətləri, o cümlədən rayonlara ezamiyyətlər və yerində hüquqi araşdırmaların aparılması nəzərə alınaraq, ezamiyyət rejimində işləmək imkanı olan namizədlərə üstünlük veriləcəkdir.
- Əmək haqqı: 900-1300 AZN gross (namizədin bilik-bacarığına əsasən)
Müraciət etmək üçün CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Hüquq üzrə aparıcı mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.