C Company
  • 382

Company

Прочее

Hüquq üzrə aparıcı mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Hüquq üzrə aparıcı mütəxəssis

  • Истекает 14 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Təşkilatdaxili hüquqi sənədlərin, o cümlədən əmrlərin, təlimatların, qaydaların, məktubların, arayışların və digər rəsmi sənədlərin hazırlanması və hüquqi ekspertizasının aparılması;
  • müqavilələrin, sazişlərin, protokolların və əlavə razılaşmaların hazırlanması, hüquqi risklərinin qiymətləndirilməsi və razılaşdırılması;
  • təşkilatdaxili komissiyaların, işçi qruplarının və audit / satınalma / inventarizasiya proseslərinin sənədləşdirilməsi;
  • struktur bölmələrdən daxil olan sənədlərin hüquqi baxımdan təhlili və rəy verilməsi;
  • təşkilatın tərəf olduğu mülki, kommersiya, inzibati və əmək mübahisələri üzrə məhkəmə işlərində nümayəndə qismində iştirak və maraqların müdafiəsi;
  • dövlət orqanları, məhkəmələr və digər qurumlarla yazışmaların aparılması;
  • ESD, ƏMAS və digər elektron platformalar üzərindən hüquqi sənədlərin hazırlanması və icrası;
  • zərurət olduqda regional idarələr və rayonlar üzrə hüquqi məsələlərin yerində araşdırılması və sənədləşdirilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.

Tələblər:

  • Ali hüquq təhsili;
  • hüquqşünas vəzifəsi üzrə müvafiq iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki, əmək, inzibati və mülki prosesual qanunvericiliyini yaxşı bilməsi;
  • MS Office proqramlarından (Word, Excel, Outlook) sərbəst istifadə bacarığı;
  • rəsmi yazışma və hüquqi sənəd hazırlama bacarığı;
  • məhkəmə təcrübəsinin olması üstünlük hesab edilir;
  • ezamiyyətlərdə iştirak etmək imkanı.
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Yaş: 25 – 45
  • Dil bilikləri: Azərbaycan (İnglis dili, rus dili arzuolunandır)

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • İşin xüsusiyyətləri, o cümlədən rayonlara ezamiyyətlər və yerində hüquqi araşdırmaların aparılması nəzərə alınaraq, ezamiyyət rejimində işləmək imkanı olan namizədlərə üstünlük veriləcəkdir.
  • Əmək haqqı: 900-1300 AZN gross (namizədin bilik-bacarığına əsasən)

Müraciət etmək üçün CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Hüquq üzrə aparıcı mütəxəssis” qeyd edərək göndərməyinizi xahiş edirəm.

  • Daily95
  • Weekly575
  • Monthly1668