C Company
  • 814

Company

Other

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 3 November 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqi sənədləri hazırlayır və onların qanunvericiliyə uyğunluğunu yoxlayır, hüquqi məsləhətlər verir, müqavilələri təhlil edir, hüquqi riskləri qiymətləndirir və qarşısını almaq üçün tədbirlər təklif edir.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik  tərəfindən qoyulan digər  tapşırıqları tələb edilən qaydada icra etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi;
  • Müqavilələrin, ərizələrin, məktubların digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında  şöbə rəhbərinə  köməklik göstərmək;
  • Podraçılarla müqavilələrin razılaşdırılması;
  • Məktubların, ərizələrin, preztenziyaların və digər hüquqi sənədlərin yazılması;
  • Hüqüq-mühafizə orqanları (xüsusi ilə icra şöbələri)ilə iş;
  • Böyük olmayan məhkəmə proseslərində iştirak etmək.

Tələblər:

  • Ali təhsil (Hüquq sahəsində); 
  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
  • Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər;  
  • Müvafiq sahədə min 2 il təcrübə;
  • Elektron məhkəmə sistemi, elektron vergi sistemində işləmək;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • MS Office proqramlarını yaxşı bilmək.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily62
  • Weekly162
  • Monthly1179