Hüquqi sənədləri hazırlayır və onların qanunvericiliyə uyğunluğunu yoxlayır, hüquqi məsləhətlər verir, müqavilələri təhlil edir, hüquqi riskləri qiymətləndirir və qarşısını almaq üçün tədbirlər təklif edir.
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak etmək;
- Rəhbərlik tərəfindən qoyulan digər tapşırıqları tələb edilən qaydada icra etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi;
- Müqavilələrin, ərizələrin, məktubların digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında şöbə rəhbərinə köməklik göstərmək;
- Podraçılarla müqavilələrin razılaşdırılması;
- Məktubların, ərizələrin, preztenziyaların və digər hüquqi sənədlərin yazılması;
- Hüqüq-mühafizə orqanları (xüsusi ilə icra şöbələri)ilə iş;
- Böyük olmayan məhkəmə proseslərində iştirak etmək.
Tələblər:
- Ali təhsil (Hüquq sahəsində);
- Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
- Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər;
- Müvafiq sahədə min 2 il təcrübə;
- Elektron məhkəmə sistemi, elektron vergi sistemində işləmək;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- MS Office proqramlarını yaxşı bilmək.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.