İş rejimi: Frilanser / Uzaqdan
Vəzifə öhdəlikləri:
- “E-mehkeme.gov.az” elektron məhkəmə sistemi ilə işləmək;
- İddia ərizələrinin hüquqi cəhətdən düzgün hazırlanması;
- Məhkəmə işləri üzrə materialların (sübutlar, müqavilələr, qəbzlər və s.) düzgün toplanması və sistemləşdirilməsi;
- Şirkətin məhkəmələrdə və digər hüquqi orqanlarda təmsil olunması;
- Rəsmi məktublar, müraciətlər, müqavilə layihələri və aktların hazırlanması;
- Hüquqi risklərin qiymətləndirilməsi və rəhbərliyə müvafiq tövsiyələrin verilməsi;
- Vergi, mülki, inzibati və əmək hüququ sahəsində ilkin hüquqi məsləhətlərin hazırlanması;
- Dövlət orqanları, məhkəmələr və icra şöbələri ilə yazışmaların aparılması;
- Təyin edilmiş tapşırıqları qısa müddətdə və peşəkar şəkildə yerinə yetirmək.
Tələblər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Məhkəmə işlərində təcrübə (azı 3 il);
- Elektron hökumət portalları (E-mehkeme, Asan Login, e-taxes və s.) ilə işləmə bacarığı;
- Səlis yazılı və şifahi nitq (Azərbaycan dili – mükəmməl);
- Analitik düşünmə, məsuliyyət və müstəqil qərarvermə bacarığı;
- Frilanser rejimində məsuliyyətli və operativ işləmə vərdişləri.
Şərtlər:
- Xidmət müqaviləsi əsasında aylıq 300 AZN ödəniş;
- Uzaqdan işləmək imkanı;
Müraciət qaydası:
- Maraqlanan namizədlər CV-ni və qısa təqdimat məktubunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
- Məktubun mövzu hissəsində “Frilanser Hüquqşünas” yazılması vacibdir.