Hüquqşünas (Frilanser əsasda)

  • Истекает 28 ноябрь 2025

İş rejimi: Frilanser / Uzaqdan

Vəzifə öhdəlikləri:

  • “E-mehkeme.gov.az” elektron məhkəmə sistemi ilə işləmək;
  • İddia ərizələrinin hüquqi cəhətdən düzgün hazırlanması;
  • Məhkəmə işləri üzrə materialların (sübutlar, müqavilələr, qəbzlər və s.) düzgün toplanması və sistemləşdirilməsi;
  • Şirkətin məhkəmələrdə və digər hüquqi orqanlarda təmsil olunması;
  • Rəsmi məktublar, müraciətlər, müqavilə layihələri və aktların hazırlanması;
  • Hüquqi risklərin qiymətləndirilməsi və rəhbərliyə müvafiq tövsiyələrin verilməsi;
  • Vergi, mülki, inzibati və əmək hüququ sahəsində ilkin hüquqi məsləhətlərin hazırlanması;
  • Dövlət orqanları, məhkəmələr və icra şöbələri ilə yazışmaların aparılması;
  • Təyin edilmiş tapşırıqları qısa müddətdə və peşəkar şəkildə yerinə yetirmək.

Tələblər:

  • Hüquq ixtisası üzrə ali təhsil;
  • Məhkəmə işlərində təcrübə (azı 3 il);
  • Elektron hökumət portalları (E-mehkeme, Asan Login, e-taxes və s.) ilə işləmə bacarığı;
  • Səlis yazılı və şifahi nitq (Azərbaycan dili – mükəmməl);
  • Analitik düşünmə, məsuliyyət və müstəqil qərarvermə bacarığı;
  • Frilanser rejimində məsuliyyətli və operativ işləmə vərdişləri.

Şərtlər:

  • Xidmət müqaviləsi əsasında aylıq 300 AZN ödəniş;
  • Uzaqdan işləmək imkanı;

Müraciət qaydası:

  • Maraqlanan namizədlər CV-ni və qısa təqdimat məktubunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.
  • Məktubun mövzu hissəsində “Frilanser Hüquqşünas” yazılması vacibdir.
  • Daily80
  • Weekly495
  • Monthly2556