Təsvir:
- Şirkəti mülki, əmək, inzibati hüquq sahəsində məhkəmələrdə, dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil etmək;
- İddia ərizələrini, apellyasiya və kassasiya şikayətlərini, digər ərizələri, etirazları və s. məktubları hazırlamaq;
- Şirkətin daxili siyasət/qaydalarının layihələrinə, müqavilələrə, əmrlərə, idarəetmə orqanlarının digər qərar və protokollarına rəy bildirmək;
- Əmək hüququ sahəsində İnsan resurları şöbəsi tərəfindən hazırlanan sənədlərə rəy bildirmək;
- Şirkətin digər struktur bölmələrinə korporativ hüquq sahəsində məsləhətlər vermək.
Tələblər:
- Ali hüquq ixtisası üzrə təhsil;
- İxtisas üzrə ən azı 3-4 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilməli,rus/ingilis dili biliyinə üstünlük verilir;
- Mülki, əmək, inzibati hüquq sahələrini tənzimləyən qanunvericilik biliyi.