C Company

Company

Digər

İnformasiya Texnologiyaları Şöbəsinin Müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnformasiya Texnologiyaları Şöbəsinin Müdiri

  • Deadline 19 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İnformasiya və Kommunikasiya Texnologiyaları təminatı üzrə Müəssisənin siyasətini hazırlayır, rəhbərliyə təqdim edir və təsdiqləndikdən sonra işində rəhbər tutur;
  • Müəssisənin strateji planlarının işlənib hazırlanmasında iştirak edir, təkliflərini verir;
  • Şöbənin Əsasnaməsinin, fəaliyyət prosedurlarının layihələrini tərtib edir və lazım gəldikdə, onlara əlavələr və dəyişikliklər edilməsi barədə təkliflər irəli sürür;
  • Müəssisəni İnformasiya və Kommunikasiya Texnologiyaları  üzrə keyfiyyətli, müasir və etibarlı xidmətlə təmin edir;
  • Sistemlərin, müəssisədə istifadə edilən proqram təminatlarının, internetin fasiləsiz fəaliyyətinin həyata keçirilməsi üçün işi təşkil etmək;
  • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirləri həyata keçirir və nəzarət edir;
  • Son istifadəçi sistemlərinin nasazlığı və istifadəçi şikayətlərini təqib edir, texniki xidmət/təmir/quraşdırma işlərini idarə edir, lazım olduqda istifadəçilərə proqram dəstəyi verir;
  • İT məzmunlu tələblərin təqibini və koordinasiyasını aparır;
  • İT ilə əlaqədar satınalmalarda əsas tələbnamələrin və müqavilələrin hazırlanması, imzalanması, nəzarəti və icra mərhələsini koordinasiya edir və təqib fəaliyyətlərini həyata keçirir;
  • Müəssisənin Korporativ web saytına, digər asılı alt saytlara, internet şöbəsi və mobil proqramlarında müvafiq işləri təşkil edir, ehtiyacları müəyyənləşdirir, kompüter texnikası və proqram təminatı alınmasını koordinasiya edir;
  • ERP layihələrinə rəhbərlik və nəzarət edir;
  • İstismar olunan komputer avadanlıqlarına texniki baxış, təmir və yeniləmə təkliflərini irəli sürür; 
  • Filiallar arasında sistem əlaqələrinə nəzarət edir, fasiləsiz işləməsini təmin edir, kəsinti zamanı lazımı tədbirlər görür;
  • Şəbəkələrin quraşdırılmasını, daim təkmilləşdirilməsini və işlək vəziyyətdə saxlanılmasını, təhlükəsizliyini, o cümlədən sanksiya olunmamış daxili və xarici mudaxilələrdən qorunmasını təmin edir;
  • Server otağına nəzarəti, girişlərə və otaqda aparılan işlərə nəzarəti təşkil edir;
  • Elektron poçt sisteminin işlək vəziyyətdə olmasını daimi nəzarətdə saxlayır, lazımı qrup tanımlama və yetkilərini vermək, qrup göndərim maillərinə nəzarəti təşkil edir; 
  • Serverlərin və məlumatların arxivləşdirilməsini və işlək vəziyyətdə olmasını təmin edir;
  • Antivirus proqramlarına və  firewalların sazlanmasına və işlək vəziyyətdə saxlanmasına nəzarət edir;
  • Alınacaq yeni program paketlərinin quraşdırılması və sazlanmasına dəstək olur, inteqrasiya mövzusunda tədbirlər görür, təkliflər irəli sürür;

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Aidiyyəti sahədə və eyni zamanda ERP sistemlərin idarəedilməsində 5 ildən artıq iş təcrübəsi;
  • MS, SQL bilikləri;
  • Səlis danışıq və yüksək ünsiyyət qabiliyyəti olmalı;
  • Yüksək idarəetmə, analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı  namizədin təcrübəsinə əsasən təyin ediləcək.  

İş şərtləri:  

  • İş qrafiki: Tam iş günü (5gün), şənbə və bazar istirahət
  • İş yeri –Bakı şəhəri 
  • İş saatları: 09:00-18:00;
  • Rəqabətə davamlı əmək haqqı. 

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “İT Şöbə müdiri” yazaraq Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly154
  • Monthly2087