İşin təsviri:
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına nəzarət etmək;
- Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət etmək;
- Tikinti-quraşdırma işlərinin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılmasına nəzarət etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Problemləri aradan qaldırmaq, dəyişiklikləri planlaşdırmaq və idarə etmək;
- Görülmüş işlərin uçotunu aparmaq, həftəlik, aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
Tələblər:
- Ali təhsil (İnşaat sahəsində)
- İnşaat sahəsində min 3 il iş təcrübəsi;
- Ofis programları (word, excel)
- Komanda da işləmək bacarığı, nəticə yönümlü, problem həll etmə qabiliyyətlər;
- Fikrini izah etmək qabiliyyəti
- İşə planlı yanaşması
- Ünsiyyət yaratmaq bacarığı
- Detallara diqqət yetirməli
- Fəal olması
- Ezamiyyə imkanları
İş şəraiti:
- 6 günlük
- İstirahət günü -bazar
- Ünvan: Qaradağ rayonu
Biz nə təklif edirik:
- Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
- Şəhərin mərkəzində ofis
- Bonus sistemi
- Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
- Dinamik və gənc komanda ilə iş imkanı.
Maraqlı olanlar Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməyiniz xahiş olunur.