Vəzifə öhdəlikləri:
- Şirkətin insan resursları strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək
- İşə qəbul, işçi münasibətləri, motivasiya və performansın idarə olunması proseslərinə nəzarət etmək
- Kadr ehtiyatlarının planlaşdırılması və inkişafı istiqamətində uzunmüddətli strategiyalar hazırlamaq
- Təlim və inkişaf proqramlarının hazırlanmasını və icrasını təmin etmək
- Əmək qanunvericiliyinə uyğunluğu və daxili qaydaların icrasını nəzarətdə saxlamaq
- Müasir HR siyasətləri və proseslərini tətbiq edərək şirkətdə yüksək işçi məmnuniyyətini təmin etmək
- İdarə Heyəti və Ümumi Rəhbərliklə sıx əməkdaşlıq edərək insan resursları üzrə strateji qərarların qəbuluna töhfə vermək
- HR komandasına rəhbərlik etmək və yüksək nəticə göstərən, motivasiyalı iş mühiti formalaşdırmaq
Vəzifə tələbləri:
- İnsan resursları idarəçiliyi, biznesin idarə olunması, psixologiya və ya əlaqədar sahə üzrə ali təhsil
- İnsan resursları və təşkilati idarəetmə sahəsində minimum 5 illik peşəkar təcrübə (rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür)
- HR siyasətləri, işçi münasibətləri, performans və əmək haqqı sistemləri üzrə dərin biliklər
- Güclü analitik, strateji düşüncə və problem həll etmə bacarıqları
- Yüksək səviyyəli liderlik, komanda idarəetməsi və ünsiyyət bacarıqları
- Beynəlxalq HR sertifikatlarına sahib olmaq üstünlükdür
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarıqları (digər dillər üstünlük sayılır)
Əmək şəraiti:
- Əmək haqqı: 4000 - 5000 AZN (gross);
- İş rejimi: 5 günlük (09:00-18:00);
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Təminatlar:
- Ümumi xidməti nəqliyyat;
- Naharla təmin etmə;
- Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;
- Hava limanı ərazisində avtomobil parklama imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maddi-Texniki Təminat Şöbəsinin Rəisi və Baş Direktorun Köməkçisi - Mustafa Hacıyev +994 50 266 77 66