C Company
  • 1.1K

Company

Digər

İnsan Kapitalının İnkişafı və İdarə Olunması Sahəsi üzrə Rəhbər İşçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Kapitalının İnkişafı və İdarə Olunması Sahəsi üzrə Rəhbər İşçi

  • Deadline 17 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkətin insan resursları strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək 
  • İşə qəbul, işçi münasibətləri, motivasiya və performansın idarə olunması proseslərinə nəzarət etmək 
  • Kadr ehtiyatlarının planlaşdırılması və inkişafı istiqamətində uzunmüddətli strategiyalar hazırlamaq 
  • Təlim və inkişaf proqramlarının hazırlanmasını və icrasını təmin etmək
  • Əmək qanunvericiliyinə uyğunluğu və daxili qaydaların icrasını nəzarətdə saxlamaq
  • Müasir HR siyasətləri və proseslərini tətbiq edərək şirkətdə yüksək işçi məmnuniyyətini təmin etmək
  • İdarə Heyəti və Ümumi Rəhbərliklə sıx əməkdaşlıq edərək insan resursları üzrə strateji qərarların qəbuluna töhfə vermək
  • HR komandasına rəhbərlik etmək və yüksək nəticə göstərən, motivasiyalı iş mühiti formalaşdırmaq

Vəzifə tələbləri:

  • İnsan resursları idarəçiliyi, biznesin idarə olunması, psixologiya və ya əlaqədar sahə üzrə ali təhsil
  • İnsan resursları və təşkilati idarəetmə sahəsində minimum 5 illik peşəkar təcrübə (rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür)
  • HR siyasətləri, işçi münasibətləri, performans və əmək haqqı sistemləri üzrə dərin biliklər
  • Güclü analitik, strateji düşüncə və problem həll etmə bacarıqları
  • Yüksək səviyyəli liderlik, komanda idarəetməsi və ünsiyyət bacarıqları
  • Beynəlxalq HR sertifikatlarına sahib olmaq üstünlükdür 
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq və yazı bacarıqları (digər dillər üstünlük sayılır)

Əmək şəraiti:

  • Əmək haqqı: 4000 - 5000 AZN (gross);
  • İş rejimi: 5 günlük (09:00-18:00); 
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı.

Təminatlar:

  • Ümumi xidməti nəqliyyat;
  • Naharla təmin etmə;
  • Hava limanı ərazisinə ödənişsiz giriş-çıxış kartı;
  • Hava limanı ərazisində avtomobil parklama imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

 Maddi-Texniki Təminat Şöbəsinin Rəisi və Baş Direktorun Köməkçisi - Mustafa Hacıyev +994 50 266 77 66

  • Daily25
  • Weekly596
  • Monthly1900