İşəgötürən: Özünün bağ sahəsi olan müasir emal müəssisəsi
İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi
Vəzifələri:
- İnsan resurslarının idarə edilməsi işinin qanunvericiliyə uyğun və səmərəli qurulması üçün məsuliyyət daşıyır;
- Şirkəti lazım sayda, lazımi vaxtda və lazımi keyfiyyətdə insan resursları ilə təmin edir;
- Şirkətdə insan kapitalının və loyal komanda formalaşması üçün tədbirlər görür;
- Şirkətdə hədəf üzrə idarəetmə və nəticəyə əsaslanan motivasiya sistemi tətbiq edir;
- Şirkətin rəhbərliyinə insan resurslarının idarə edilməsi üzrə daima məsləhətlər verir;
- İnsan resurslarının idarə edilməsi üzrə əməliyyat fəaliyyətini təşkil edir;
- Şirkətdə insan resursları ehtiyatını yaradır;
- Şirkətdə “iş yeri daimi öyrənmə yeridir” sistemi qurur və idarə edir;
- Şirkətin insan resurslarının idarə edilməsi sahəsindəki risklərinin minimallaşması üçün tədbirlər görür;
- İnsan resurslarının idarə edilməsi işinin ERP-də aparılmasını təmin edir;
- Şirkətin rəhbərinin insan resurslarının idarə edilməsi üzrə ona həvalə etdiyi layihələri idarə edir və tapşırıqları icra edir.
Vəzifəyə tələblər.
- ali təhsil (insan resurslarının idarə edilməsi, hüquqi, pedaqoji və sosioloji sahələrdə təhsili olanlara üstünlük verilir,
- insan resurslarının idarə edilməsi üzrə ən azı 5 il təcrübə,
- insan resurslarının idarə edilməsi üzrə ən azı 2 il rəhbərlik təcrübəsi
- yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti,
- insan psixoloqiyası və motivasiyasını yüksək səviyyədə bilmək,
- ünsiyyətqurma bacarığı,
- problemləri həll etmə bacarığı,
- menecerlik qabiliyyətləri,
- MS Office və 1C ERP proqramında işləyə bilmək bacarığı.
Əməyin ödənişi: Razılaşma yolu ilə.
Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçılara geri dönüş edilmir.
CV-ləri İnsan resursları meneceri qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmənizi xahiş edirik.