İnsan resursları meneceri

  • Истекает 18 июнь 2026

İşəgötürən: Özünün bağ sahəsi olan müasir emal müəssisəsi 

İş yeri:  Bakı şəhəri, Zirə qəsəbəsi

Vəzifələri:

  • İnsan resurslarının idarə edilməsi işinin qanunvericiliyə uyğun və səmərəli qurulması üçün məsuliyyət daşıyır;
  • Şirkəti lazım sayda, lazımi vaxtda və lazımi keyfiyyətdə insan resursları ilə təmin edir;
  • Şirkətdə insan kapitalının və loyal komanda formalaşması üçün tədbirlər görür;
  • Şirkətdə hədəf üzrə idarəetmə və nəticəyə əsaslanan motivasiya sistemi tətbiq edir;
  • Şirkətin rəhbərliyinə insan resurslarının idarə edilməsi üzrə daima məsləhətlər verir;
  • İnsan resurslarının idarə edilməsi üzrə əməliyyat fəaliyyətini təşkil edir;
  • Şirkətdə insan resursları ehtiyatını yaradır;
  • Şirkətdə “iş yeri daimi öyrənmə yeridir” sistemi qurur və idarə edir; 
  • Şirkətin insan resurslarının idarə edilməsi sahəsindəki risklərinin minimallaşması üçün tədbirlər görür;
  • İnsan resurslarının idarə edilməsi işinin ERP-də aparılmasını təmin edir;
  • Şirkətin rəhbərinin insan resurslarının idarə edilməsi üzrə ona  həvalə etdiyi layihələri idarə edir və tapşırıqları icra edir.

Vəzifəyə tələblər. 

  • ali təhsil (insan resurslarının idarə edilməsi, hüquqi, pedaqoji və sosioloji sahələrdə təhsili olanlara üstünlük verilir,
  • insan resurslarının idarə edilməsi üzrə ən azı 5 il təcrübə,
  • insan resurslarının idarə edilməsi üzrə ən azı 2 il rəhbərlik təcrübəsi
  • yeni ideyalara malik olmaq və təşəbbüsü stimullaşdırmaq qabiliyyəti, 
  • insan psixoloqiyası və motivasiyasını yüksək səviyyədə bilmək,
  • ünsiyyətqurma bacarığı,
  • problemləri həll etmə bacarığı,
  • menecerlik qabiliyyətləri,
  • MS Office və 1C ERP proqramında işləyə bilmək bacarığı.

Əməyin ödənişi: Razılaşma yolu ilə. 

Diqqət: Xahiş olunur ki, meyarlara cavab verməyən iddiaçılar müraciət etməsinlər. Meyarlara uyğun olmayan iddiaçılara geri dönüş edilmir.

CV-ləri İnsan resursları meneceri qeyd edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmənizi xahiş edirik.

  • Daily95
  • Weekly255
  • Monthly1639