Əsas tələblər:
- İnsan resursları sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Əmək qanunvericiliyini və kadr sənədləşməsini mükəmməl bilmək;
- Əmək haqqı hesablanması, tabel, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və son haqq-hesab proseslərini bilmək;
- İşə qəbul, işdən azad etmə, vəzifə dəyişikliyi, əmək müqavilələri və əmrlərin hazırlanması üzrə praktiki təcrübə;
- e-Gov, ƏMAS və digər dövlət portalları ilə işləmə bacarığı;
- MS Office proqramlarını yaxşı bilmək;
- Dəqiqlik, məsuliyyətlilik və konfidensiallıq.
Vəzifə öhdəlikləri:
- Kadr sənədləşməsinin qanunvericiliyə uyğun aparılması;
- Əmək müqavilələri, əmrlər, şəxsi işlər və digər HR sənədlərinin hazırlanması;
- Əmək haqqı, tabel və məzuniyyət məlumatlarının düzgün hazırlanması;
- İşçilərin işə qəbulu, yerdəyişməsi və işdən azad olunması proseslərinin icrası;
- Dövlət portallarında müvafiq əməliyyatların aparılması;
- Rəhbərliyə HR üzrə hesabatların təqdim edilməsi.
İş şəraiti:
- İş yeri: Sumqayıt;
- İş qrafiki: 5 günlük;
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək.
Mövzü yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.