Əsas vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə uyğun olaraq insan resursları siyasətinin və prosedurlarının hazırlanması və tətbiqi;
- Layihələrlə İnsan Resursları şöbəsi arasında əlaqələrin koordinasiyası və proseslərə nəzarət;
- İşçilərin inkişafı və təkmilləşdirilməsi üçün uyğun ixtisas və təlimlərin müəyyənləşdirilməsi və bu barədə məlumatın verilməsi;
- Tərəfdaş şirkətlər və dövlət qurumları ilə koordinasiyalı işin aparılması;
- Sosial paketlərlə bağlı oriyentasiya tədbirlərinin keçirilməsi və illik seçim prosesi üzrə nəzarətin həyata keçirilməsi;
- İşçi dövriyyəsinin hesablanması və onun birbaşa və dolayı səbəblərinin təhlili;
- Nəzarət və təşkilati məsələlərlə bağlı yaranan əməkdaş münaqişələrinin həlli;
- Şirkətdə digər HR təcrübələrinin tətbiqi;
- Tələb olunan hesabatların hazırlanması.
Ümumi tələblər:
- İnsan Resursları, Biznesin İdarə Olunması, Hüquq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- HR sahəsində 3-5 il iş təcrübəsi (xüsusilə hüquq firmalarında və ya konsaltinq şirkətlərində işləyənlərə üstünlük verilir);
- İngilis dili biliyi: B2-C1 səviyyəsində;
- Əmək qanunvericiliyi üzrə ətraflı bilik;
- İnsan Resursları üzrə İnformasiya Sistemləri (HRIS) ilə tanışlıq;
- Kompüter bacarıqları (xüsusilə MS Office proqramları üzrə);
- Yaxşı təşkilatçılıq qabiliyyəti və detallara diqqət, çoxsaylı vəzifələri eyni vaxtda yerinə yetirmək bacarığı;
- Müstəqil və komanda şəklində işləmə bacarığı;
- Ümumi HR praktikaları üzrə bilik.
Şəxsi keyfiyyətlər:
- Detallara diqqət və güclü analitik düşüncə;
- Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Dəqiqlik, məsuliyyət və stressə davamlılıq;
- Dəyişkən mühitə uyğunlaşmaq və çeviklik.
Zəhmət olmasa, CV-nizi Müraciət et butonunda qeyd olunan elektron ünvanına "İnsan Resursları üzrə baş mütəxəssis" başlığı ilə göndərin.