İnsan Resursları üzrə kiçik mütəxəssis

  • Истекает 16 ноябрь 2026

Vəzifə öhdəlikləri:

  • AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və düzgün aparılması;
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
  •  Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və istifadə olunmuş saatlıq icazələrin qeydiyyatının aparılması;
  • İSB, ƏMAS və E-gov portalında müvafiq əməliyyatların icra olunmasında iştirak etmək;
  • İşçi heyətindən insan resursları sahəsi ilə bağlı daxil olan sualların araşdırılması, icra edilməsi və cavablandırılması;
  • Könüllü tibbi sığorta ilə bağlı əməliyyatların icrası.

Vəzifə üzrə tələblər: 

  • Ali təhsil (İnsan Resursları, Psixologiya, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini üzrə biliklər;
  • Azərbaycan və ingilis dili bilikləri (rus dili biliyi üstünlükdür); 
  • ƏMAS, İSB və digər dövlət platformalarında işləmək bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
  • Sərbəst araşdırma qabiliyyəti, diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00
  • İstirahət günləri: Şənbə və bazar
  • İş yeri: Ağ şəhər

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily127
  • Weekly568
  • Monthly1416