Vəzifə öhdəlikləri:
- AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və düzgün aparılması;
- İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
- Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
- İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;
- Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və istifadə olunmuş saatlıq icazələrin qeydiyyatının aparılması;
- İSB, ƏMAS və E-gov portalında müvafiq əməliyyatların icra olunmasında iştirak etmək;
- İşçi heyətindən insan resursları sahəsi ilə bağlı daxil olan sualların araşdırılması, icra edilməsi və cavablandırılması;
- Könüllü tibbi sığorta ilə bağlı əməliyyatların icrası.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İnsan Resursları, Psixologiya, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini üzrə biliklər;
- Azərbaycan və ingilis dili bilikləri (rus dili biliyi üstünlükdür);
- ƏMAS, İSB və digər dövlət platformalarında işləmək bacarığı;
- MS Office proqramları, xüsusilə Excel üzrə biliklər;
- Sərbəst araşdırma qabiliyyəti, diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00
- İstirahət günləri: Şənbə və bazar
- İş yeri: Ağ şəhər
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.