C Company
  • 684

Company

Digər

İnsan resursları üzrə Mütəxəssis

İnsan resursları üzrə Mütəxəssis

  • Deadline 19 Fevral 2026

Əsas vəzifə öhdəlikləri:

Mövcud İnsan Resursları sistem və proseslərinin effektiv, fasiləsiz və uzunmüddətli şəkildə icrasını təmin etmək, həmçinin:

  • Yeni qoşulan əməkdaşlar üçün onboarding və orientation mərhələlərinin koordinasiyası və icrası;
  • Əməkdaşlarla planlı və sistemli gündəlik kommunikasiyanın formalaşdırılması və koordinasiyası;
  • Əməkdaş məmnunluğu və bağlılığının artırılmasına yönəlmiş təşəbbüslərdə iştirak etmək;
  • Performansın idarə olunması ilə bağlı işlərdə aktiv və yönləndirici rol almaq;
  • Əməkdaşların öyrənmə və inkişafı üzrə həyata keçirilən təlim fəaliyyətlərinin əlaqələndirilməsi və icrasına nəzarət;
  • İstedadların inkişafı, fərdi inkişaf planları və succession planning mexanizmlərinin icrasında iştirak etmək;
  • İnsan Resursları üzrə hesabatların hazırlanması, məlumatların təhlili və rəhbərliyə təqdim olunması;
  • Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiya və tədbirlərin təşkilində iştirak etmək;

Namizədə dair gözləntilər:

  • Yüksək məsuliyyət hissinə malik olmaq;
  • Analitik yanaşma və məntiqi təhlil bacarığı;
  • Çevik düşünmək və təşəbbüskar mövqe nümayiş etdirmək;
  • Müsbət enerjili, ünsiyyətcil və gülərüz xarakterə sahib olmaq;
  • İnsanlarla işləməyi sevmək, komandada fəaliyyətə açıq olmaq;
  • Rutinin üstünlük təşkil etdiyi iş proseslərində belə motivasiyanı qoruyub saxlamaq;
  • Azərbaycan və ingilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmaq;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint) üzrə yaxşı səviyyədə praktiki biliklər;
  • ERP bilmək üstünlükdür.

Biz sizə nə təqdim edirik?

  • Könüllü tibbi sığorta ilə təminat;
  • Günlük nahar dəstəyi;
  • İllik fəaliyyət nəticələrinə əsaslanan performans bonusu.

Vakansiya ilə maraqlanan namizədlər aşağıda yerləşən “Müraciət et” düyməsi vasitəsilə müraciətlərini göndərə və CV-lərini əlavə edə bilərlər. Daxil olan bütün müraciətlər obyektiv və şəffaf şəkildə dəyərləndiriləcəkdir. Tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq, digər müraciətlər isə gələcək vakansiyalar üçün şirkətin CV bazasına daxil ediləcək.

  • Daily111
  • Weekly111
  • Monthly1543