C Company
  • 385

Company

Digər

İnsan resursları üzrə mütəxəssis

İnsan resursları üzrə mütəxəssis

  • Deadline 10 Aprel 2026

Əsas vəzifə öhdəlikləri:

Qurulmuş İnsan Resursları sistem və proseslərinin davamlı, səmərəli və dayanıqlı icrasını təmin etmək, o cümlədən:

  • Yeni əməkdaşların işə adaptasiya və orientasiya proseslərinin təşkili;
  • Əməkdaşlarla gündəlik strukturlaşmış ünsiyyətin qurulması və idarə edilməsi;
  • Performansın idarə edilməsi ilə bağlı işlərdə aparıcı qüvvə olaraq aktiv iştirak etmək;
  • Öyrənmə və inkişaf sistemi (LMS) üzərindən təlim və inkişaf fəaliyyətlərinin koordinasiyası;
  • Əməkdaşların fərdi inkişaf planları v ə karyera varisliyi planlaşdırılması proseslərində iştirak etmək;
  • Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiya və tədbirlərin təşkilində iştirak etmək;
  • İnsan resursları ilə bağlı məlumatların təhlilinə və HR göstəricilərinin izlənilməsinə dəstək göstərmək;
  • İnsan resursları sahəsində proseslərin avtomatlaşdırılmasına dəstək vermək.

Qeyd:

  • Əməkdaşın məşğul olacağı yuxarıda qeyd edilən işlər müxtəlif olsa da iş həcmi çox deyil. Hər bir sahəni dərindən bilməniz tələb olunmur, bilmədiyiniz mövzularda sizə dəstək göstəriləcək və fərdi inkişafınız üçün yönləndiriləcəksiniz.

Namizəddən gözləntilərimiz:

  • Məsuliyyətli olmaq;
  • Analitik düşünmə qabiliyyəti;
  • Çevik və təşəbbüskar davranış;
  • Pozitiv və gülərüz xarakter;
  • Əməkdaşlarla ünsiyyəti sevmək və komanda işinə açıq olmaq;
  • Monoton işlərdə belə motivasiyanı qorumaq;
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı.
  • Microsoft 365 (Forms, Lists, Sharepoint, Power Automate, Planner) bilmək üstünlükdür.
  • SAP bilmək üstünlükdür.

Biz nə təklif edirik?

  • Rəqabətqabiliyyətli əməkhaqqı və performansa əsaslanan bonuslar;
  • Peşəkar inkişaf imkanları;
  • Dinamik və əməkdaşlığa əsaslanan iş mühiti;
  • Könüllü tibbi sığorta;
  • Nahar təminatı;

İş yeri Crescent Office-də yerləşir.

Maraqlanan namizədlər aşağıdakı “Müraciət et” düyməsinə klikləyərək müraciətlərini göndərə və CV-lərini yükləyə bilərlər. Bütün müraciətlər ədalətli şəkildə nəzərdən keçiriləcək və bütün namizədlərə bərabər imkanlar təqdim olunacaq. Vəzifəyə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq, digərlərinin müraciətləri isə şirkətin istedad bazasına əlavə ediləcək.

  • Daily99
  • Weekly121
  • Monthly692