Vəzifə öhdəlikləri
- Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, dəyişikliklərin edilməsi və xitam verilməsi proseslərinin icrası
- İşçi məlumatlarının sistemə düzgün daxil edilməsi və mütəmadi olaraq yenilənməsi
- İşçilərin vəzifə, əmək haqqı və digər əsas məlumatlarında baş verən dəyişikliklərin vaxtında sistemə işlənməsi
- Sınaq müddətində olan əməkdaşların müqavilə müddətlərinə nəzarət və müvafiq tədbirlərin görülməsi
- İllik məzuniyyətlərin ƏMAS sistemində qeydiyyatı və təsdiq prosesinin həyata keçirilməsi
- Xəstəlik vərəqələri, ödənişli və ödənişsiz məzuniyyətlərin düzgün şəkildə sistemə daxil edilməsi
- Ezamiyyət, müvəqqəti əmək qabiliyyətinin itirilməsi və digər halların sistemdə əks etdirilməsi
- İşçilərin məzuniyyət ərizələrinin toplanması və proqram üzərindən işlənməsi
- Əmək müqavilələrinin bitmə tarixlərinin izlənilməsi və vaxtında yenilənməsi
- Şəxsi iş qovluqlarının formalaşdırılması və saxlanılması
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
- Daxili intizamın təmin edilməsi
- Daxili təlimlərin verilməsi
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər
- Microsoft Office proqramlarında, xüsusilə Excel və Word üzrə yaxşı səviyyədə biliklər
- Dəqiqlik, məsuliyyətlilik və məxfi məlumatlarla işləmə bacarığı
- Analitik düşünmə qabiliyyəti
Əlavə məlumatlar
- İş qrafiki: 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: müsahibə əsasında
- İş yeri Şamaxı şəhəri (Şamaxıda yaşayan namizədlərə üstünlük verilir).
Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.