İş yeri: Bakı
Vəzifə və Öhdəlikləri:
Strateji İdarəetmə:
- Şirkətin istehsalat fəaliyyətinə uyğun HR siyasətini hazırlamaq və həyata keçirmək;
- Kadr planlamasını təşkil etmək, istehsalat proseslərində lazımi işçi resurslarının təminatını planlaşdırmaq və idarə etmək;
- Şirkətin uzunmüddətli hədəflərinə uyğun insan resursları strategiyalarını işləyib hazırlamaq və həyata keçirmək.
İşə Qəbul və Kadr Resurslarının İdarəedilməsi:
- İstehsalat sahəsində tələb olunan peşəkar və texniki işçilərin cəlb edilməsi, seçimi və işə qəbulu proseslərini təşkil etmək;
- Ehtiyat kadr bazasının yaradılması və davamlı yenilənməsi;
- Şirkət daxilində karyera yüksəlişi və kadrların inkişafı üçün proqramların tətbiqi.
Performansın İdarə Edilməsi:
- İşçilərin performans göstəricilərinin (KPI-ların) hazırlanması, tətbiqi və dəyərləndirilməsi;
- Performans nəticələrinə əsaslanaraq motivasiya sistemlərinin qurulması və tətbiqi.
Təlim və İnkişaf:
- İşçilərin bilik və bacarıqlarının artırılması üçün təlim proqramlarının hazırlanması və tətbiqi;
- İstehsalatın xüsusiyyətlərinə uyğun texniki və peşəkar bacarıqların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi;
- Gələcək liderlərin hazırlanması məqsədilə personal inkişafı üzrə xüsusi proqramların tətbiqi.
Əmək Münasibətləri və Sənədləşmə:
- Əmək qanunvericiliyinə uyğun olaraq işçilərlə müqavilələrin düzgün tərtibi və idarə olunması;
- Şirkət daxilində nizam-intizam qaydalarına nəzarət və həll yollarının təmin edilməsi;
- Kadr uçotunun dəqiq və tam şəkildə aparılmasını təmin etmək.
İşçi Məmnuniyyəti və Motivasiyası:
- İşçi məmnuniyyətini ölçmək üçün sorğular keçirmək və təkmilləşdirmə təklifləri vermək;
- Şirkət mədəniyyətinə uyğun motivasiya proqramlarının hazırlanması və həyata keçirilməsi.
HR Analitika
- İstehsalat proseslərinə uyğun HR məlumat bazasını idarə etmək və təkmilləşdirmək;
- İşçi analitikası və hesabatların hazırlanması, kadr itkisinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi.
Tələblər:
- İnsan Resursları idarəçiliyi sahəsində ən azı 5 illik idarəetmə təcrübəsi (istehsalat sektorunda təcrübə üstünlükdür);
- İnsan resursları sahəsində beynəlxalq sertifikat (CİPD, SHRM)
- Əmək qanunvericiliyi və istehsalat prosesləri ilə bağlı biliklər;
- Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili üstünlükdür);
- MS Office və HR idarəetmə sistemlərində təcrübə.
Xüsusi bacarıqlar:
- Liderlik qabiliyyəti: Komanda idarəetməsi və qərar qəbul etmədə effektiv olmaq.
- Ünsiyyət bacarığı: Aydın və dəqiq ünsiyyət qurmaq, dinləmə bacarığına sahib olmaq.
- Problemlərin həlli: Gərgin iş şəraitində tez və səmərəli həll yolları təklif etmək.
- Strateji düşüncə: Geniş perspektivdən baxaraq uzunmüddətli HR strategiyaları hazırlamaq.
- Komanda ruhu yaratmaq: İşçiləri motivasiya etmək və onlara dəstək olmaq.
- Təşkilatçılıq bacarığı: Vaxtın düzgün idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi.
- Dəyişikliklərə uyğunlaşma: Dinamik iş mühitində çeviklik və innovativ yanaşma göstərmək.
İş şəraiti:
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00 – 18:00
- Tibbi sığorta
- Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı
Mövzu yerinə “İnsan resursları üzrə rəhbər” yazıb qeyd edilmiş elektron poçt ünvanına göndərin