C Company
  • 1.3K

Company

Digər

İnsan resursları üzrə rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan resursları üzrə rəhbər

  • Deadline 12 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Bakı

Vəzifə və Öhdəlikləri:   

Strateji İdarəetmə:

  • Şirkətin istehsalat fəaliyyətinə uyğun HR siyasətini hazırlamaq və həyata keçirmək;
  • Kadr planlamasını təşkil etmək, istehsalat proseslərində lazımi işçi resurslarının təminatını planlaşdırmaq və idarə etmək;
  • Şirkətin uzunmüddətli hədəflərinə uyğun insan resursları strategiyalarını işləyib hazırlamaq və həyata keçirmək.

İşə Qəbul və Kadr Resurslarının İdarəedilməsi:

  • İstehsalat sahəsində tələb olunan peşəkar və texniki işçilərin cəlb edilməsi, seçimi və işə qəbulu proseslərini təşkil etmək;
  • Ehtiyat kadr bazasının yaradılması və davamlı yenilənməsi;
  • Şirkət daxilində karyera yüksəlişi və kadrların inkişafı üçün proqramların tətbiqi.

Performansın İdarə Edilməsi:

  • İşçilərin performans göstəricilərinin (KPI-ların) hazırlanması, tətbiqi və dəyərləndirilməsi;
  • Performans nəticələrinə əsaslanaraq motivasiya sistemlərinin qurulması və tətbiqi.

Təlim və İnkişaf:

  • İşçilərin bilik və bacarıqlarının artırılması üçün təlim proqramlarının hazırlanması və tətbiqi;
  • İstehsalatın xüsusiyyətlərinə uyğun texniki və peşəkar bacarıqların inkişaf etdirilməsi üzrə tədbirlərin görülməsi;
  • Gələcək liderlərin hazırlanması məqsədilə personal inkişafı üzrə xüsusi proqramların tətbiqi.

Əmək Münasibətləri və Sənədləşmə:

  • Əmək qanunvericiliyinə uyğun olaraq işçilərlə müqavilələrin düzgün tərtibi və idarə olunması;
  • Şirkət daxilində nizam-intizam qaydalarına nəzarət və həll yollarının təmin edilməsi;
  • Kadr uçotunun dəqiq və tam şəkildə aparılmasını təmin etmək.

İşçi Məmnuniyyəti və Motivasiyası:

  • İşçi məmnuniyyətini ölçmək üçün sorğular keçirmək və təkmilləşdirmə təklifləri vermək;
  • Şirkət mədəniyyətinə uyğun motivasiya proqramlarının hazırlanması və həyata keçirilməsi.

HR Analitika 

  • İstehsalat proseslərinə uyğun HR məlumat bazasını idarə etmək və təkmilləşdirmək;
  • İşçi analitikası və hesabatların hazırlanması, kadr itkisinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi.

Tələblər:

  • İnsan Resursları idarəçiliyi sahəsində ən azı 5 illik idarəetmə təcrübəsi (istehsalat sektorunda təcrübə üstünlükdür);
  • İnsan resursları sahəsində beynəlxalq sertifikat (CİPD, SHRM)
  • Əmək qanunvericiliyi və istehsalat prosesləri ilə bağlı biliklər;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili üstünlükdür);
  • MS Office və HR idarəetmə sistemlərində təcrübə.

Xüsusi bacarıqlar:

  • Liderlik qabiliyyəti: Komanda idarəetməsi və qərar qəbul etmədə effektiv olmaq.
  • Ünsiyyət bacarığı: Aydın və dəqiq ünsiyyət qurmaq, dinləmə bacarığına sahib olmaq.
  • Problemlərin həlli: Gərgin iş şəraitində tez və səmərəli həll yolları təklif etmək.
  • Strateji düşüncə: Geniş perspektivdən baxaraq uzunmüddətli HR strategiyaları hazırlamaq.
  • Komanda ruhu yaratmaq: İşçiləri motivasiya etmək və onlara dəstək olmaq.
  • Təşkilatçılıq bacarığı: Vaxtın düzgün idarə edilməsi və tapşırıqların prioritetləşdirilməsi.
  • Dəyişikliklərə uyğunlaşma: Dinamik iş mühitində çeviklik və innovativ yanaşma göstərmək.

İş şəraiti: 

  • İş qrafiki: 5 günlük
  • İş saatı:  09:00 – 18:00
  • Tibbi sığorta
  • Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı

Mövzu yerinə “İnsan resursları üzrə rəhbər” yazıb qeyd edilmiş elektron poçt ünvanına göndərin

  • Daily0
  • Weekly529
  • Monthly1665