C Company
  • 1.5K

Company

Digər

İnsan Resursları üzrə Şöbə Rəhbəri

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resursları üzrə Şöbə Rəhbəri

  • Deadline 21 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə funksiyaları:

  • Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən müəssisə, idarə və təşkilatlarda işçilərin işə qəbulu, işdən çıxarılması, bir iş yerindən başqasına keçirilməsi, vəzifəsinin böyüdülməsi,mükafatlandırılması, kadrların ixtisasının artırılması, məzuniyyətin verilməsi və s. işlərin yerinə yetirilməsinə rəhbərlik etmək;
  • Kadrların seçilməsi və düzgün yerləşdirilməsi, fəhlələrin, rəhbər işçilərin və qulluqçuların ixtisasının artırılması, tələbə və şagirdlərə istehsalat təcrübəsinin öyrədilməsi işinin təşkilinə dair təkliflər hazırlayır;  
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılmasına, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət edir;
  • Şəxsi işlərin arxivinin aparılması, vaxtı keçmiş işlərin dövlət arxivinə verilməsi işlərini idarə edir;
  • İşə qəbul, xitam, vəzifə dəyişikliyi, təlimlər və s. ibarət olan İnsan resursları prosedurlarının əhatə edildiyi təşkilati işlər;
  • İşə qəbul, təlimlər, əmək haqqı proseslərinin koordinasiyası və idarə edilməsi;
  • İnsan resursları qaydalarının təkmilləşdirilməsi və tətbiq edilməsi;
  • Təsdiq edilmiş qaydalara uyğun olaraq işə qəbul prosesinin həyata keçirilməsi və idarə edilməsi;
  • Şöbə rəhbərlərinə yeni işçilərin qəbulu ilə bağlı müvafiq dəstək və tövsiyyələrin verilməsi və s

Vakansiya üzrə tələblər:

  • Ali təhsil;
  • Tikinti sahəsində təcrübə;
  • İR sahəsində minimum 5 il təcrübə;
  • AR Əmək Qanunvericiliyini bilməli;
  • Ms Office (Outlook, Word, Excel), 1C proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dili biliyi əla səviyyədə, rus dili və ingilis dili bilənlərə üstünlük veriləcək;
  • Sənədləşdirmə və yazışma qaydalarını yüksək səviyyədə bilməlidir;
  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq;
  • Ünsiyyət və münasibət qurma bacarığı, məsuliyyətli və pozitiv yanaşma

İş şəraiti:

  • İş qrafiki: 5 günlük, 8.00-17.00;
  • Əmək haqqı müsahibə zamanı danışılacaq;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlər CV-lərini mövzü hissəsində “İnsan Resursları üzrə Şöbə Rəhbəri” qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

  • Günlük0
  • Həftəlik698
  • Aylıq1395