İş şəraiti
- İş qrafiki: 5 günlük, 09:00-18:00
- Əmək haqqı: müsahibə əsasında təyin olunur
- İş yeri: Badamdar qəs.
- Korporativ nömrə
Vəzifə təlimatları:
- Şirkətin konseptual inkişaf konsepsiyasının həyata keçirilməsi aspektində insan resursları sahəsində müasir texnologiya və metodlara əsaslanan avtomatlaşdırılmış idarə olunma sisteminin qurulmasını və təkmilləşdirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tənzimlənməsindən irəli gələn vəzifələri icra etmək;
- Şirkətə işə qəbul edilmə ilə bağlı namizədlərlə qanunvericilik, obyektivlik, bərabərlik və aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə və (və ya) müsahibənin keçirilməsindən irəli gələn işləri aparmaq;
- Struktur bölmələri üçün vəzifə və peşələr üzrə kadr ehtiyaclarını və kadrlara olan tələbləri müəyyən edərək, seçilməsini təmin etmək;
- İşə qəbul olunmuş işçilərlə bağlı müvafiq sənədləşmə prosedurunu aparmaq və onlarla əlaqəli adaptasiya və orientasiya işlərini təşkilinə nəzarət etmək;
- Rəhbərlik qarşısında işçilərin vəzifələrdə istifadə olunması, ştat vahidlərinin işçilərlə komplektləşdirilməsi, həmçinin yerdəyişməsi, işdən azad edilməsi və işdən kənarlaşdırılması haqqında təkliflər irəli sürmək;
- Rəhbər və digər vəzifə və peşələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması və bazasının qurulması işini təşkil etmək;
- İşçilərinin fəaliyyətinin qiymətləndirilməsi işini təşkil etmək, bununla bağlı qiymətləndirmə meyarlarının, forma, məzmun və qaydalarının hazırlanması və həyata keçirilməsini təmin etmək, qiymətləndirmənin nəticələrini təhlil edərək müvafiq təkliflər vermək;
- Kadr məsələləri barədə rəhbərliyə təkliflər və arayışlar təqdim etmək, müvafiq əmr və sərəncam layihələrini hazırlamaq;
- Departamentin iş planını, fəaliyyəti ilə bağlı məlumatları dövrlər üzrə hazırlamaq, kadr işinin istiqamətləri ilə bağlı statistik hesabatlar aparmaq;
- Əmək intizamını, etika normaları və intizam qaydalarını pozan işçilər barəsində ölçü götürülməsi məqsədi ilə rəhbərliyə təkliflər vermək;
- İnformasiya texnologiyalarının imkanlarını tətbiq etməklə işçilərin mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılmasına və kadr işinin istiqamətləri üzrə uçotun aparılmasına nəzarət etmək;
- İşçilərin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyələri ilə bağlı işlərə nəzarət etmək;
- İşçilərin şəxsi işlərini, əmək kitabçalarını, kartotekalarını aparılmasına, onların arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunun və qeydiyyatının həyata keçirilməsinə, saxlanmasına və onlarda olan məlumatların yayılmamasına nəzarət etmək;
- Şirkət üzrə kadr işi ilə bağlı əmr və sərəncamların rəsmiləşdirilməsini təmin etmək və onların icrası ilə bağlı aidiyyəti tədbirləri həyata keçirmək;
- Səlahiyyətləri daxilində daxili nəzarəti təşkil edir, şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək
- Əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək və bu istiqamətdə təlimlərin keçirilməsi ilə bağlı tövsiyyələr vermək;
- İşçilər haqqında aidiyyəti məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların kariyera yüksəlişi planlamasını həyata keçirmək, vəzifədə (peşədə) irəli çəkilmələri ilə bağlı təkliflər vermək;
- İşçilərlə bağlı motivasiya tədbirlərinin hazırlanması işində iştirak etmək, səlahiyyətləri daxilində həmin tədbirləri həyata keçirmək;
- İşçilərin iş vaxtının tabeli uçotunun tərtib edilməsinin həyata keçirilməsinə və əmək haqqının hesablanılmasına nəzarət etmək;
- Şirkətin kadr işi və insan resurslarının idarə olunması sahəsində konseptual inkişaf siyasətini və prioritet fəaliyyət istiqamətlərini hazırlamaq və həyata keçirmək.
Tələblər:
- Cins: Kişi
- Ali təhsil (Magistr təhsili arzuolunandır);
- İnşaat, neft, sənae -istehsalat layihələrində minimum 3 il təcrübə
Nəzəri biliklər:
- Əmək qanunvericliyi və hüquqi normativ aktlar;
- Azərbaycan Respublikası Əmək məcəlləsi;
- İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliklər;
- Personalın qiymətləndirmə sistemi və metodları;
- Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydası;
- Əməyin mühafizəsi qayda və normaları.
- Azərbaycan dilində sərbəst danışıq (Rus və İngilis dilləri bilmək üstünlükdür);
- Komputerdə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook, 1C proqramı);
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.
CV Mövzu sətrində “İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri” qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.