C Company
  • 984

Company

Digər

İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri

İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri

  • Deadline 18 Yanvar 2026

İş şəraiti

  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə əsasında təyin olunur
  • İş yeri: Badamdar qəs.
  • Korporativ nömrə

Vəzifə təlimatları:

  • Şirkətin konseptual inkişaf konsepsiyasının həyata keçirilməsi aspektində insan resursları sahəsində müasir texnologiya və metodlara əsaslanan avtomatlaşdırılmış idarə olunma sisteminin qurulmasını və təkmilləşdirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
  • Əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tənzimlənməsindən irəli gələn vəzifələri icra etmək;
  • Şirkətə işə qəbul edilmə ilə bağlı namizədlərlə qanunvericilik, obyektivlik, bərabərlik və aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə mərkəzləşdirilmiş qaydada müsabiqə və (və ya) müsahibənin keçirilməsindən irəli gələn işləri aparmaq;
  • Struktur bölmələri üçün vəzifə və peşələr üzrə kadr ehtiyaclarını və kadrlara olan tələbləri müəyyən edərək, seçilməsini təmin etmək;
  • İşə qəbul olunmuş işçilərlə bağlı müvafiq sənədləşmə prosedurunu aparmaq və onlarla əlaqəli adaptasiya və orientasiya işlərini təşkilinə nəzarət etmək;
  • Rəhbərlik qarşısında işçilərin vəzifələrdə istifadə olunması, ştat vahidlərinin işçilərlə komplektləşdirilməsi, həmçinin yerdəyişməsi, işdən azad edilməsi və işdən kənarlaşdırılması haqqında təkliflər irəli sürmək;
  • Rəhbər və digər vəzifə və peşələrin tutulması üçün ehtiyat kadrların formalaşdırılması və bazasının qurulması işini təşkil etmək;
  • İşçilərinin fəaliyyətinin qiymətləndirilməsi işini təşkil etmək, bununla bağlı qiymətləndirmə meyarlarının, forma, məzmun və qaydalarının hazırlanması və həyata keçirilməsini təmin etmək, qiymətləndirmənin nəticələrini təhlil edərək müvafiq təkliflər vermək;
  • Kadr məsələləri barədə rəhbərliyə təkliflər və arayışlar təqdim etmək, müvafiq əmr və sərəncam layihələrini hazırlamaq;
  • Departamentin iş planını, fəaliyyəti ilə bağlı məlumatları dövrlər üzrə hazırlamaq, kadr işinin istiqamətləri ilə bağlı statistik hesabatlar aparmaq;
  • Əmək intizamını, etika normaları və intizam qaydalarını pozan işçilər barəsində ölçü götürülməsi məqsədi ilə rəhbərliyə təkliflər vermək;
  • İnformasiya texnologiyalarının imkanlarını tətbiq etməklə işçilərin mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılmasına və kadr işinin istiqamətləri üzrə uçotun aparılmasına nəzarət etmək;
  • İşçilərin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyələri ilə bağlı işlərə nəzarət etmək;
  • İşçilərin şəxsi işlərini, əmək kitabçalarını, kartotekalarını aparılmasına, onların arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunun və qeydiyyatının həyata keçirilməsinə, saxlanmasına və onlarda olan məlumatların yayılmamasına nəzarət etmək;
  • Şirkət üzrə kadr işi ilə bağlı əmr və sərəncamların rəsmiləşdirilməsini təmin etmək və onların icrası ilə bağlı aidiyyəti tədbirləri həyata keçirmək;
  • Səlahiyyətləri daxilində daxili nəzarəti təşkil edir, şöbənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək
  • Əməkdaşların təlim ehtiyaclarını müəyyən etmək və bu istiqamətdə təlimlərin keçirilməsi ilə bağlı tövsiyyələr vermək;
  • İşçilər haqqında aidiyyəti məlumatlar toplamaq, yeniləmək və təhlil etmək, onların kariyera yüksəlişi planlamasını həyata keçirmək, vəzifədə (peşədə) irəli çəkilmələri ilə bağlı təkliflər vermək;
  • İşçilərlə bağlı motivasiya tədbirlərinin hazırlanması işində iştirak etmək, səlahiyyətləri daxilində həmin tədbirləri həyata keçirmək;
  • İşçilərin iş vaxtının tabeli uçotunun tərtib edilməsinin həyata keçirilməsinə və əmək haqqının hesablanılmasına nəzarət etmək;
  • Şirkətin kadr işi və insan resurslarının idarə olunması sahəsində konseptual inkişaf siyasətini və prioritet fəaliyyət istiqamətlərini hazırlamaq və həyata keçirmək.

Tələblər:

  • Cins: Kişi
  • Ali təhsil (Magistr təhsili arzuolunandır);
  • İnşaat, neft, sənae -istehsalat layihələrində  minimum 3 il təcrübə

Nəzəri biliklər:

  • Əmək qanunvericliyi və hüquqi normativ aktlar;
  • Azərbaycan Respublikası Əmək məcəlləsi;
  • İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliklər;
  • Personalın qiymətləndirmə sistemi və metodları;
  • Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydası;
  • Əməyin mühafizəsi qayda və normaları.
  • Azərbaycan dilində sərbəst danışıq (Rus və İngilis dilləri bilmək üstünlükdür);
  • Komputerdə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook, 1C proqramı);
  • Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.

CV Mövzu sətrində “İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri” qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir;

Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.

  • Daily1
  • Weekly499
  • Monthly1678