Təsvir:
- Müəssisənin bütün inzibati məsələlərə (əsasən əkin ve qaraj) nəzarət etmək və idarə etmək;
Əkin sahəsinə nəzarət:
- Əkin, becərmə, suvarma, gübrələmə və yığım işlərinin vaxtında və düzgün aparılmasına nəzarət etmək.
- Aqronomun göstərişlərini işçilərə çatdırmaq və icrasını izləmək.
- Sahədə işçi qüvvəsinin bölgüsünü təşkil etmək (kim, nə vaxt hansı işi görəcək).
- Texnika və alətlərin düzgün istifadəsinə nəzarət etmək.
- Məhsulun itkisini minimuma endirmək üçün qaydalara əməl olunmasına diqqət etmək.
Qaraja və texnikaya nəzarət:
- Traktor, kombayn və digər kənd təsərrüfatı texnikasının saz vəziyyətdə olmasına nəzarət etmək.
- Texnikanın vaxtında təmiri və texniki baxışının təşkili.
- Yanacaq, yağ və ehtiyat hissələrinin istifadəsinə nəzarət.
- Texnika sürücülərinin işini koordinasiya etmək və onların intizamına baxmaq.
İnzibati və hesabat işləri:
- İşçilərin davamiyyətinə nəzarət.
- İş zamanı texnika və material sərfiyyatının uçotunu aparmaq.
- İntizam qaydalarına riayət olunmasına nəzarət etmək.
Tələblər:
- Təhsil – Orta (Ali təhsil arzuolunandır)
- Təcrübə - 3 ildən yuxarı
- Aqrotexniki tədbirlərin ümumi prinsiplərini bilməli
- Kənd təsərrüfatı texnikasının (traktor, kombayn, suvarma sistemləri) iş prinsipi və əsas nasazlıqlarını tanımaq.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilməlidir.
Təminatlar:
- •İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- •Nahar ilə təmin edilmə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnzibatçı-nəzarətçi” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır