C Company
  • 227

Company

Digər

İnzibati İşlər və Satınalma üzrə Mütəxəssis

İnzibati İşlər və Satınalma üzrə Mütəxəssis

  • Deadline 8 İyul 2026

Vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik inzibati fəaliyyətinə dəstək göstərmək; 
  • Zərurət yarandıqda ofis inzibatçısını əvəz etmək; 
  • Daxil olan zənglərin, qonaqların və yazışmaların idarə olunmasını təmin etmək; 
  • Ofis ehtiyacları üçün mal-materialların, avadanlıqların və xidmətlərin satınalma prosesini həyata keçirmək; 
  • Təchizatçılarla əlaqələrin qurulması, qiymət təkliflərinin alınması və müqayisə edilməsi; 
  • Ofis inventarının və təsərrüfat ehtiyaclarının nəzarətdə saxlanılması; 
  • Ofis daxili təmir, texniki xidmət və digər təsərrüfat işlərinin təşkilini və koordinasiyasını həyata keçirmək; 
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. 

Tələblər:

  • Ali təhsil; 
  • İnzibati işlər, satınalma, təsərrüfat və ya ofis idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür; 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • Yüksək təşkilatçılıq, ünsiyyət və koordinasiya bacarıqları; 
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq; 
  • İşin xarakteri nəzərə alınaraq, bəy namizədlərə üstünlük veriləcəkdir.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily143
  • Weekly300
  • Monthly1025