İnzibati işlər və təsərrüfat şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnzibati işlər və təsərrüfat şöbəsinin rəhbəri

  • Deadline 12 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisənin inzibati və təsərrüfat fəaliyyətini təşkil etmək, gündəlik iş proseslərinin fasiləsiz təmin olunmasına nəzarət etmək;
  • Müəssisədaxili qeyri-tibbi avadanlıqların, mebel və inventarların texniki vəziyyətinə, düzgün istifadəsinə və vaxtında təmirinə nəzarət etmək;
  • Kabinetlərin, iş otaqlarının və ümumi istifadə sahələrinin təsərrüfat vəziyyətini nəzarətdə saxlamaq, cari təmir və abadlıq işlərini təşkil etmək;
  • Elektrik, texniki ustalar və digər təsərrüfat əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və icraya nəzarət etmək;
  • Təmizlik və xidmət heyətinin iş qrafikini, ərazi üzrə bölgüsünü və gündəlik fəaliyyətini təşkil etmək;
  • Müəssisənin təsərrüfat ehtiyaclarını müəyyənləşdirmək, zəruri inventar və materiallarla təminatı təşkil etmək;
  • Nəqliyyat və digər inzibati-təsərrüfat proseslərinin düzgün təşkilinə nəzarət etmək;
  • Daxili nizam-intizam, texniki təhlükəsizlik və təsərrüfat qaydalarına riayət olunmasını təmin etmək, yaranan problemlərin operativ həlli üçün tədbirlər görmək.

Namizədə dair tələblər

  • Ali və ya müvafiq sahə üzrə orta ixtisas təhsili;
  • İnzibati-təsərrüfat və ya texniki istiqamətdə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • Təsərrüfat, texniki xidmət, təmir və istismar işlərinin təşkili üzrə praktiki təcrübə;
  • Texniki və xidmət heyətinin idarə olunması və koordinasiyası bacarığı;
  • Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə qabiliyyəti;
  • Məsuliyyətlilik, çeviklik və idarəetmə bacarıqları.

Şərtlər:

  • İş qrafiki: 6 gün (həftəlik 40 saat);
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “İnzibati işlər və təssərrüfat şöbəsinin müdiri” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily31
  • Weekly292
  • Monthly871