Vəzifə öhdəlikləri:
- Şirkətin kadr tələbatına uyğun olaraq işə qəbul prosesini həyata keçirmək;
- Vakansiyaların hazırlanması və elan edilməsi;
- Namizədlərin axtarışı, seçilməsi və ilkin müsahibələrin keçirilməsi;
- İşə qəbul və adaptasiya proseslərini idarə etmək;
- Müsahibə nəticələrini dəyərləndirmək və rəhbərliyə hesabat təqdim etmək;
- İşə qəbul üzrə məlumat bazasını yeniləmək və idarə etmək;
- İşə qəbul trendlərini araşdırmaq və tətbiq etmək;
- Kadr sənədlərinin düzgün tərtib olunmasını təmin etmək.
Tələblər:
- Ali təhsil (İnsan resursları, Biznes idarəçiliyi və ya əlaqəli sahə üstünlükdür);
- İşə qəbul üzrə ən azı 1-3 il iş təcrübəsi;
- İşə qəbul metodları və müsahibə texnikaları üzrə biliklər;
- Azərbaycan və rus dilində səlis danışıq və yazı bacarığı (ingilis dilini bilmək üstünlükdür);
- MS Office proqramları ilə işləmə bacarığı;
- Güclü ünsiyyət, analiz və komandada işləmək bacarığı;
- Məxfi informasiyalarla işləmə qabiliyyəti.
İş yeri: Şıxov
İş rejimi: Tam ştat
Əməkhaqqı: 700-1000 AZN
Servis xidməti var
Nahar şirkət tərəfindən təmin edilir
Müraciət qaydası:
Maraqlanan namizədlər elektron poçt ünvanına CV göndərə bilərlər. Mövzu hissəsində “İşə Qəbul üzrə Mütəxəssis” qeyd edilməsi mütləqdir.