İstehsalat Meneceri – Sendviç Panel

İstehsalat Meneceri – Sendviç Panel

  • Deadline 18 Sentyabr 2026

Şirkətimiz sendviç panel istehsalı sahəsində çalışacaq, bu istiqamətdə praktiki təcrübəyə və peşəkar biliyə malik İstehsalat Meneceri axtarır.

Vəzifə öhdəlikləri

  • Sendviç panel istehsal prosesinin tam idarə olunması və koordinasiyası;
  • İstehsalat xəttinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi;
  • Gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanması və icrasına nəzarət;
  • İstehsalat prosesində xammal, material və digər resurslardan səmərəli istifadə olunmasına nəzarət;
  • Məhsulun keyfiyyət göstəricilərinin müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
  • İstehsalat zamanı yaranan texniki və texnoloji problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli;
  • İstehsalat işçilərinin iş bölgüsünün aparılması və komandanın idarə edilməsi;
  • İstehsalat göstəricilərinin, məhsuldarlığın və itkilərin mütəmadi təhlili;
  • İstehsalat xərclərinin və tullantıların minimuma endirilməsi istiqamətində tədbirlərin görülməsi;
  • Avadanlıqların düzgün istismarına və texniki vəziyyətinə nəzarət;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər

  • Sendviç panel istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Sendviç panel istehsal texnologiyası və istehsalat xəttinin iş prinsipi barədə praktiki bilik;
  • İstehsalat proseslərini idarə etmək və optimallaşdırmaq bacarığı;
  • İstehsalat kollektivi ilə işləmək və komanda idarəetmə bacarığı;
  • Texniki problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
  • Analitik düşünmə və qərarvermə bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı arzuolunandır;
  • Ali və ya orta ixtisas təhsili.

İş şəraiti

  • İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi
  • İş qrafiki: 5 günlük
  • KPİ dəyərləndirmə əsasında bonus;
  • Nahar və servis şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Qeyd: Yalnız sendviç panel istehsalı üzrə real praktiki təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Tələblərə cavab verən namizədlərdən CV-lərini “İstehsalat Meneceri – Sendviç Panel” başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

  • Daily4
  • Weekly570
  • Monthly1746