Şirkətimiz sendviç panel istehsalı sahəsində çalışacaq, bu istiqamətdə praktiki təcrübəyə və peşəkar biliyə malik İstehsalat Meneceri axtarır.
Vəzifə öhdəlikləri
- Sendviç panel istehsal prosesinin tam idarə olunması və koordinasiyası;
- İstehsalat xəttinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi;
- Gündəlik, həftəlik və aylıq istehsal planlarının hazırlanması və icrasına nəzarət;
- İstehsalat prosesində xammal, material və digər resurslardan səmərəli istifadə olunmasına nəzarət;
- Məhsulun keyfiyyət göstəricilərinin müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
- İstehsalat zamanı yaranan texniki və texnoloji problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli;
- İstehsalat işçilərinin iş bölgüsünün aparılması və komandanın idarə edilməsi;
- İstehsalat göstəricilərinin, məhsuldarlığın və itkilərin mütəmadi təhlili;
- İstehsalat xərclərinin və tullantıların minimuma endirilməsi istiqamətində tədbirlərin görülməsi;
- Avadanlıqların düzgün istismarına və texniki vəziyyətinə nəzarət;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
- İstehsalat üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər
- Sendviç panel istehsalı sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Sendviç panel istehsal texnologiyası və istehsalat xəttinin iş prinsipi barədə praktiki bilik;
- İstehsalat proseslərini idarə etmək və optimallaşdırmaq bacarığı;
- İstehsalat kollektivi ilə işləmək və komanda idarəetmə bacarığı;
- Texniki problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
- Analitik düşünmə və qərarvermə bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı arzuolunandır;
- Ali və ya orta ixtisas təhsili.
İş şəraiti
- İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi
- İş qrafiki: 5 günlük
- KPİ dəyərləndirmə əsasında bonus;
- Nahar və servis şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Qeyd: Yalnız sendviç panel istehsalı üzrə real praktiki təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Tələblərə cavab verən namizədlərdən CV-lərini “İstehsalat Meneceri – Sendviç Panel” başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.