İstehsalatın planlaşdırılması üzrə mütəxəssis

İstehsalatın planlaşdırılması üzrə mütəxəssis

  • Deadline 13 Dekabr 2026

İş şəraiti

  • Fəaliyyət sahəsi: İstehsalat və ticarət
  • İş yeri: Bakı şəhəri
  • Əməkhaqqı: 800 – 1 000 AZN

Vəzifə öhdəlikləri

  • Şirkətin istehsalat fəaliyyətinin planlaşdırılması və istehsal proseslərinin koordinasiyasında iştirak etmək;
  • Sifarişlər, satış proqnozları və mövcud istehsal gücü əsasında gündəlik, həftəlik, aylıq və illik istehsal planlarının hazırlanması;
  • Məhsul çeşidləri və istehsal həcmləri üzrə istehsal qrafiklərinin tərtib edilməsi;
  • İstehsalat üçün tələb olunan xammal, material və digər resurslara olan tələbatın müəyyənləşdirilməsi;
  • Xammal və material ehtiyatlarına nəzarət etmək, istehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədilə ehtiyacların əvvəlcədən müəyyənləşdirilməsi;
  • İstehsal gücünün, avadanlıqların yüklənmə səviyyəsinin və işçi resurslarının planlaşdırılması prosesində iştirak etmək;
  • Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və onların səbəblərini təhlil etmək;
  • İstehsalat prosesində yaranan gecikmələrin, resurs çatışmazlığının və digər problemlərin təhlilində iştirak etmək, müvafiq həll təklifləri vermək;
  • İstehsal həcmləri, xammal sərfiyyatı, məhsuldarlıq və istehsal səmərəliliyi üzrə müntəzəm hesabatların hazırlanması;
  • İstehsal prosesində material sərfiyyatının və məhsul itkilərinin təhlil edilməsi;
  • İstehsalat, anbar, satınalma və satış şöbələri arasında koordinasiyanın təmin edilməsində iştirak etmək;
  • İstehsalat planlarının icrasına nəzarət etmək və rəhbərlik üçün analitik arayışların hazırlanması;
  • İstehsalat planlaşdırılması proseslərinin təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflərin verilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər analitik və planlama tapşırıqlarının yerinə yetirilməsi.

Namizədə tələblər

  • İqtisadiyyat, mühəndislik, sənaye mühəndisliyi, istehsalatın idarə edilməsi, logistika və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • İstehsalatın planlaşdırılması, əməliyyatların idarə edilməsi, analitika və ya əlaqəli sahələrdə 1–3 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Microsoft Excel bilikləri;
  • Riyazi və analitik düşünmə qabiliyyəti;
  • Böyük həcmli məlumatlarla işləmək, məlumatları sistemləşdirmək və təhlil etmək bacarığı;
  • İstehsal həcmləri, xammal tələbatı, material sərfiyyatı və istehsal gücü göstəricilərini təhlil etmək bacarığı;
  • İstehsal proseslərinin ardıcıllığını və resurs ehtiyaclarını düzgün qiymətləndirmək qabiliyyəti;
  • Planlaşdırma, proqnozlaşdırma və hesabatlılıq bacarıqları;
  • Məntiqi nəticələr çıxarmaq və problemlərə analitik yanaşmaq qabiliyyəti;
  • Dəqiqlik, məsuliyyətlilik və sistemli iş yanaşması;
  • Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı.

Üstünlük veriləcək namizədlər

  • Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş namizədlər;
  • İstehsalat və sənaye müəssisələrində planlama və ya əməliyyatların idarə edilməsi üzrə təcrübəsi olanlar;
  • Excel proqramında mürəkkəb formulalar, Pivot Table, Power Query və analitik hesabatlarla işləmək bacarığı olanlar;
  • Power BI və digər məlumatların vizuallaşdırılması proqramları üzrə bilikləri olanlar;
  • İstehsal planlaşdırılması, xammal tələbatının hesablanması və resursların idarə edilməsi sahəsində təcrübəsi olanlar;
  • ERP və MRP sistemləri ilə işləmək təcrübəsi olanlar;
  • İstehsalat proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə bilikləri olanlar;
  • Yeni proqramları və iş proseslərini sürətlə mənimsəyənlər.

Biz nə təklif edirik?

  • Stabil və inkişaf perspektivi olan iş mühiti;
  • Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
  • Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
  • Rəhbərliklə birbaşa işləmək və şirkətin istehsalat planlaşdırılması və idarəetmə proseslərinin qurulmasında iştirak etmək imkanı;
  • Analitik bilik və bacarıqların praktiki iş mühitində inkişaf etdirilməsi.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily77
  • Weekly338
  • Monthly917