İş şəraiti
- Fəaliyyət sahəsi: İstehsalat və ticarət
- İş yeri: Bakı şəhəri
- Əməkhaqqı: 800 – 1 000 AZN
Vəzifə öhdəlikləri
- Şirkətin istehsalat fəaliyyətinin planlaşdırılması və istehsal proseslərinin koordinasiyasında iştirak etmək;
- Sifarişlər, satış proqnozları və mövcud istehsal gücü əsasında gündəlik, həftəlik, aylıq və illik istehsal planlarının hazırlanması;
- Məhsul çeşidləri və istehsal həcmləri üzrə istehsal qrafiklərinin tərtib edilməsi;
- İstehsalat üçün tələb olunan xammal, material və digər resurslara olan tələbatın müəyyənləşdirilməsi;
- Xammal və material ehtiyatlarına nəzarət etmək, istehsal prosesinin fasiləsizliyini təmin etmək məqsədilə ehtiyacların əvvəlcədən müəyyənləşdirilməsi;
- İstehsal gücünün, avadanlıqların yüklənmə səviyyəsinin və işçi resurslarının planlaşdırılması prosesində iştirak etmək;
- Faktiki istehsal göstəricilərini plan göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və onların səbəblərini təhlil etmək;
- İstehsalat prosesində yaranan gecikmələrin, resurs çatışmazlığının və digər problemlərin təhlilində iştirak etmək, müvafiq həll təklifləri vermək;
- İstehsal həcmləri, xammal sərfiyyatı, məhsuldarlıq və istehsal səmərəliliyi üzrə müntəzəm hesabatların hazırlanması;
- İstehsal prosesində material sərfiyyatının və məhsul itkilərinin təhlil edilməsi;
- İstehsalat, anbar, satınalma və satış şöbələri arasında koordinasiyanın təmin edilməsində iştirak etmək;
- İstehsalat planlarının icrasına nəzarət etmək və rəhbərlik üçün analitik arayışların hazırlanması;
- İstehsalat planlaşdırılması proseslərinin təkmilləşdirilməsi və resurslardan səmərəli istifadə ilə bağlı təkliflərin verilməsi;
- Rəhbərlik tərəfindən verilən digər analitik və planlama tapşırıqlarının yerinə yetirilməsi.
Namizədə tələblər
- İqtisadiyyat, mühəndislik, sənaye mühəndisliyi, istehsalatın idarə edilməsi, logistika və ya əlaqəli sahələr üzrə ali təhsil;
- İstehsalatın planlaşdırılması, əməliyyatların idarə edilməsi, analitika və ya əlaqəli sahələrdə 1–3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə Microsoft Excel bilikləri;
- Riyazi və analitik düşünmə qabiliyyəti;
- Böyük həcmli məlumatlarla işləmək, məlumatları sistemləşdirmək və təhlil etmək bacarığı;
- İstehsal həcmləri, xammal tələbatı, material sərfiyyatı və istehsal gücü göstəricilərini təhlil etmək bacarığı;
- İstehsal proseslərinin ardıcıllığını və resurs ehtiyaclarını düzgün qiymətləndirmək qabiliyyəti;
- Planlaşdırma, proqnozlaşdırma və hesabatlılıq bacarıqları;
- Məntiqi nəticələr çıxarmaq və problemlərə analitik yanaşmaq qabiliyyəti;
- Dəqiqlik, məsuliyyətlilik və sistemli iş yanaşması;
- Komandada işləmək və müxtəlif struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı.
Üstünlük veriləcək namizədlər
- Universitetə qəbul və akademik təhsil müddətində yüksək nəticələr əldə etmiş namizədlər;
- İstehsalat və sənaye müəssisələrində planlama və ya əməliyyatların idarə edilməsi üzrə təcrübəsi olanlar;
- Excel proqramında mürəkkəb formulalar, Pivot Table, Power Query və analitik hesabatlarla işləmək bacarığı olanlar;
- Power BI və digər məlumatların vizuallaşdırılması proqramları üzrə bilikləri olanlar;
- İstehsal planlaşdırılması, xammal tələbatının hesablanması və resursların idarə edilməsi sahəsində təcrübəsi olanlar;
- ERP və MRP sistemləri ilə işləmək təcrübəsi olanlar;
- İstehsalat proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə bilikləri olanlar;
- Yeni proqramları və iş proseslərini sürətlə mənimsəyənlər.
Biz nə təklif edirik?
- Stabil və inkişaf perspektivi olan iş mühiti;
- Peşəkar inkişaf və daha böyük məsuliyyətlər götürmək imkanı;
- Bilik, bacarıq və iş nəticələrinə uyğun əməkhaqqı;
- Rəhbərliklə birbaşa işləmək və şirkətin istehsalat planlaşdırılması və idarəetmə proseslərinin qurulmasında iştirak etmək imkanı;
- Analitik bilik və bacarıqların praktiki iş mühitində inkişaf etdirilməsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.