İT inzibatçısı

  • Deadline 8 Avqust 2026

İşəgötürən: Özünün bağ sahəsi olan müasir emal müəssisəsi 

İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi

Vəzifələri:

  • Kompüter, noutbuk, printer, skaner, proyektor və digər ofis avadanlıqlara texniki dəstəyinin göstərilməsi, davamlı fəaliyyətinin təmin edilməsi;
  • Satınalınmış yeni IT avadanlıqların struktur bölmələr üzrə bölüşdürülməsi, quraşdırılması, konfiqurasiyası və istismara verilməsi;
  • IT avadanlıqların diaqnostikasının aparılması və mümkün hallarda nasaz komponentlərin dəyişdirilməsi;
  • Şəbəkə printerlərinin quraşdırılması, istifadəçilərin qoşulması, printer və surətçıxaran aparatlara texniki xidmətin göstərilməsi;
  • İstismarda olan kompüter, server və şəbəkə avadanlıqlarının fəaliyyətinə profilaktik nəzarət edilməsi;
  • İstifadəçilərdən (və digər struktur bölmələrdən) daxil olan texniki sorğuların qəbulu, Ticketing sistemi vasitəsilə qeydiyyatı, prioritetləşdirilməsi və prosedur qaydalara uyğun müddət çərçivəsində həlli;
  • Əməliyyat sistemləri, proqram təminatları, həmçinin Outlook, Teams, OneDrive və digər korporativ tətbiqlərlə bağlı dəstəyin göstərilməsi;
  • Şəbəkə və internet bağlantılarında yaranan nasazlıqların aradan qaldırılmasını təmin etmək;
  • İT avadanlıqlarının inventar uçotunu aparmaq, texniki vəziyyətinə nəzarət etmək və ehtiyacları müəyyənləşdirmək;
  • Komanda ilə effektiv ünsiyyət bacarığı; 
  • Məsuliyyətlilik, operativ problem həll etmə və detallara diqqət yetirmə bacarığının olması;
  • Vaxtın effektiv idarə edilməsi və işlərin prioritetləşdirilməsi bacarığının olması; 
  • Analitik düşünmə bacarığı;

Vəzifəyə tələblər:

  • Texniki dəstək və ya Helpdesk sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili yüksək səviyyədə, ingilis dili texniki sənədləri oxuma və anlama bacarığı arzuolunandır, rus dili arzuolunandır;
  • Windows 11 əməliyyat sistemlərinin quraşdırılması, konfiqurasiyası və problemlərinin həlli;
  • Microsoft Office və Microsoft Outlook proqramları ilə işləmə və problemlərin həlli bilikləri;
  • TCP/IP, DNS, DHCP və şəbəkə əsasları üzrə ilkin bilikləri;
  • LAN və Wi-Fi problemlərinin diaqnostikası, həmçinin əsas diaqnostika alətlərindən istifadə bacarığı;
  • Sahə üzrə beynəlxalq sertifikatların olması üstünlükdür ( CompTIA A+ / CompTIA Network+)

 Şərtlər:

  • İş qrafiki:  5 günlük. 8:00-17:00
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Yemək və servis tərəfindən tərəfindən təmin olunur

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily135
  • Weekly394
  • Monthly794