C Company
  • 403

Company

Other

İT mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İT mütəxəssisi

  • Истекает 26 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İT mütəxəssisi kompüter sistemlərinin, şəbəkələrin və proqram təminatının düzgün işləməsinə nəzarət edir, texniki dəstək göstərir və informasiya təhlükəsizliyini təmin edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin kompüter və şəbəkə infrastrukturunun idarə olunması və texniki dəstəklə təmin edilməsi;
  • Kompüter avadanlıqlarının, printer, skaner və digər cihazların quraşdırılması və nasazlıqlarının aradan qaldırılması;
  • Lokal şəbəkənin (LAN), Wi-Fi və internet bağlantısının fasiləsiz işləməsinin təmin olunması;
  • İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması və informasiya təhlükəsizliyinin təmin edilməsi;
  • Antivirus və təhlükəsizlik sistemlərinin quraşdırılması və onlara nəzarət;
  • İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki sorğuların vaxtında cavablandırılması;
  • Proqram təminatlarının quraşdırılması, yenilənməsi və lisenziyalarının idarə olunması;
  • Server və ehtiyat nüsxələmə sistemlərinin idarə olunması;
  • Müxtəlif İT layihələrində iştirak və onların texniki həyata keçirilməsinə dəstək.

Tələblər:

  • Ali texniki təhsil (İT, kompüter elmləri və ya müvafiq sahə üzrə);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Windows və əməliyyat sistemləri ilə işləmə bacarığı;
  • Şəbəkə texnologiyaları (TCP/IP, DNS, DHCP, VPN və s.) barədə biliklər;
  • Kompüter və ofis avadanlıqları ilə işləmə bacarığı;
  • Texniki sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
  • Məsuliyyətli, punktual və komandada işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İT mütəxəssisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily12
  • Weekly621
  • Monthly2483