İT mütəxəssisi kompüter sistemlərinin, şəbəkələrin və proqram təminatının düzgün işləməsinə nəzarət edir, texniki dəstək göstərir və informasiya təhlükəsizliyini təmin edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin kompüter və şəbəkə infrastrukturunun idarə olunması və texniki dəstəklə təmin edilməsi;
- Kompüter avadanlıqlarının, printer, skaner və digər cihazların quraşdırılması və nasazlıqlarının aradan qaldırılması;
- Lokal şəbəkənin (LAN), Wi-Fi və internet bağlantısının fasiləsiz işləməsinin təmin olunması;
- İnformasiya təhlükəsizliyi strategiyasının hazırlanması və informasiya təhlükəsizliyinin təmin edilməsi;
- Antivirus və təhlükəsizlik sistemlərinin quraşdırılması və onlara nəzarət;
- İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki sorğuların vaxtında cavablandırılması;
- Proqram təminatlarının quraşdırılması, yenilənməsi və lisenziyalarının idarə olunması;
- Server və ehtiyat nüsxələmə sistemlərinin idarə olunması;
- Müxtəlif İT layihələrində iştirak və onların texniki həyata keçirilməsinə dəstək.
Tələblər:
- Ali texniki təhsil (İT, kompüter elmləri və ya müvafiq sahə üzrə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Windows və əməliyyat sistemləri ilə işləmə bacarığı;
- Şəbəkə texnologiyaları (TCP/IP, DNS, DHCP, VPN və s.) barədə biliklər;
- Kompüter və ofis avadanlıqları ilə işləmə bacarığı;
- Texniki sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
- Məsuliyyətli, punktual və komandada işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İT mütəxəssisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.